STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 091 (Who is the thief 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

91. Oğru kimdir 3


Rinqu ilə Battu ağ dərili xaricinin “cip” avtomobilindəki bir qutuya kabel birləşdirdiyinə maraqla tamaşa edirdilər.

Sonra ağ divar kimi bir şey quraşdırıldı. Kiçik hindli kəndinin sakinləri üçün bu yeni bir şey idi. Onlar heç vaxt film görməmişdilər.

Sahib Qrabb: "Allah hamınızı çox sevir və O Oğlunu bu dünyaya göndərdi. Oğlunun adı İsadır. O bizim kimi insan oldu, amma günahsız idi. Allah günaha nifrət edir və günah üçün ölüm cəzası verir. Lakin İsa bu cəzanı Öz üzərinə götürdü, bizim uğrumuza çarmıxda öldü. O öləndən üç gün sonra Allah Onu ölümdən diriltdi. Siz də İsaya iman edin. İman edən hər kəs xilas olacaq və əbədi olaraq cənnətdə yaşayacaq."

Film qurtarandan sonra Pandu kiçik orqanda bir nəğmə çaldı və Sahib Qrabbla danışmaq istəyənlər qaldılar.

Rinqu: "Sahib, sən hələ nə qədər burada olacaqsan? Mən sənin Allahın haqqında daha çox öyrənmək istəyirəm."

Sahib Qrabb: "Sabah biz qonşu kəndə yola düşəcəyik. Amma biz mütləq hələ görüşəcəyik."

Rinqu ilə Battu üçün evə qayıtmaq vaxtı gəlib çatdı. Birdən “cip” in yanında kiçik orqanı gördülər … Onları görən yox idi. Musiqi alətini qamarlayıb qanarlıqda gözdən itdilər. Orqanı köhnə bir tövlədə gizlətdilər.

Gecə onlar üçün çox gərgin keçdi. Həm vicdan əzabı çəkdiklərinə görə, həm də ona görə ki, onlar öz sahələrini kaftarlardan qorumağa məcbur olmuşdular.

Bədirlənmiş ay işıl-işıl parlayırdı.

Rinqu: "Battu, burada nəsə tərpənib. Pələngdir! Vallah, bu, pələngdir! Onun gözlərinin işıltısını gördüm."

Battu: "Bəlkə, yuxu görmüsən?"

Rinqu: "Yox! Gerçək həyatda gördüm."

Ertəsi günün sabahı bütün kənd qorxunc xəbərdən danışırdı.

Kişi: "Pələng idi. Adamyeyən pələng."

Qadın: "Nə? Haçan? Harada?"

Kişi: "Qonşu kənddə bir adama pələng hücum edib."

Rinqu: "Biz də pələngi gördük."

Kənddə vəlvələ düşdü! Axırda qoca bir ovçu yaxşı ideya təklif etdi.

Ovçu: "Yaxşısı budur ki, bir öküz öldürək və axşamüstü leşini gölün qırağına qoyaq. Biz silah götürüb böyük ağacın üstünə dırmaşıb pələngi gözləyərik. Pələng öküzün qanının iyinə gələcək. O, öküzü yeməyə başlayanda biz də onu güllə ilə vurarıq."

Kişi: "Rinqu, sən də bizimlə gedəcəksənmi? Bizə sənin köməyin lazım olar."

Oğlan pələng ovuna dəvət edildiyi üçün qürur hissi duydu. Amma eyni zamanda qorxdu. Çünki pələng ovu təhlükəli işdir. O, fəlakətlə qurtara bilərdi …

Növbəti verilişdə biz Rinqu ilə birlikdə ova gedəcəyik.


Rollar: Aparıcı, Sahib Qrabb, Rinqu, Battu, ovçu, kişi, qadın

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:27 PM | powered by PmWiki (pmwiki-2.3.3)