Home -- Azeri -- Perform a PLAY -- 090 (The angry teacher 2)
90. Qəzəblənmiş müəllim 2
Battu: "Tez ol, Rinqu, tez ol! Sən qalib gələcəksən!"
Rinqunun ayağı dəhşət ağrıyırdı. Lakin oğlan öküz yarışında qalib gəlməyə can atırdı. Cilovdan yapışıb mümkün qədər sürətlə qaçdı. O biri arabaları keçdi. Finişə çatmamış hamını keçməyə müvəffəq oldu və finişə birinci çatdı.
Battu: "O qalib gəldi! Rinqu yarışda qalib gəldi!"
Battu sevincindən atılıb-düşürdü. Atası da oğlu üçün qürur duyurdu.
Rinqu öküzlərinin boynuna çələng qoyulduğuna tamaşa edərkən üzündən səadət yağırdı. O, ağrılara igidliklə tab gətirdi. Ancaq evə qayıdanda vəziyyəti daha pisləşdi. Rinqunun ayağı dəhşət ağrıyırdı və üstəlik baş ağrısı və qızdırması var idi.
Ana: "Sən eyvanda uzan, ay Rinqu. Bax, ağ dərili adamla Pandu da kəndimizə gəlirlər."
Rinqu: "O adamı tanıyıram. O həmişə lütfkar Allahdan danışır. Deyir ki, Allah Oğlunu bu dünyaya göndərib."
Sahib Qrabb: "Salam, bu gün bulaq başında şəkil göstərəcəyik. Sizi də dəvət edirik. Gələcəksinizmi?“
Ana: "Üzr istəyirik, amma biz gedə bilməyəcəyik. Oğlumuz çox xəstədir. Falçı ona kömək edə bilməyib. Siz bir çarə tapmazsınız ki?"
Camaat ağ dərili xaricinin Rinqunun ayağını müayinə etdiyinə maraqla tamaşa edirdi.
Sahib Qrabb: "Bəli, mən kömək edə bilirəm. Mənə yalnız bir ləyən isti su lazım olacaq. Bu tozu suya tökəcəyəm, toz da suda həll olunacaq ... Suyun istiliyi yaxşıdır. Rinqu, ayağını suya qoy. Bu dərman ayağını sağaldacaq."
Rinqu: "Tamamilə sağaldacaqmı?"
Sahib Qrabb: "Əlbəttə. Qorxma, sənin üçün dua edəcəyəm: Ya Rəbb İsa, Sən hər şeyə qadirsən. Yalvarıram, Rinqunun ayağına şəfa ver və bu evi qoru! Amin."
Dərmanla dua həqiqətən Rinquya kömək etdi. Bir neçə gün sonra o yenə məktəbə getdi. Müjdəçi Sahib Qrabbın ona verdiyi vərəqi də məkəbə gətirdi. Amma Rinqunun müəllimi bundan heç xoşlanmadı.
Müəllim: "Nə ağılsız işdir bu! Bu vərəqdə məsihçilərin Allahı haqqında yazılmışdır. Biz, hindlilər buna inanmırıq. Sən daha heç vaxt heç kimdən belə vərəqlər götürmə ha! Başa düşdün?"
Müəllim vərəqi bürüşdürüb küncə atdı. Lakin Rinqu ağıllı uşaq idi. O gün məktəbdən hamıdan gec çıxdı və çıxmazdan əvvəl bir şeyi xəlvətcə çalmasına qoydu. Nəyi qoyduğunu siz, yəqin ki, özünüz başa düşmüsünüz.
Rinqu: "Bilirsən, Battu, məsihçilərin Allahı haqqında daha çox öyrənməyi necə arzu edirəm."
Battu: "Müəllimimizin dediyini unutmusanmı? Ona qulaq asmasan, pis ruhlar səni diri-diri udacaqlar!"
Rinqu: "Bəs onda onlar nə əcəb Sahibi udmayıblar? Mən bu vərəqi saxlayacağam."
Battu: "Bilmirəm, mən qorxuram."
Bir müddət sonra bu kiçik hindli kəndinə qonaqlar gəldilər.
Bu haqda sizə növbəti verilişdə danışacağam.
Rollar: Aparıcı, Rinqu, Battu, ana, Sahib Qrabb, müəllim
© Müəlliflik hüququ: CEF Germany