STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 074 (Beating the innocent 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

74. Təqsirsiniz döyülməsi 2


Yeni müəllim əvvəlki müəllimlərdən çox fərqli idi. Hətta lovğa Cim belə, bu müəllimin üsullarına qarşı səsini qaldıra bilmirdi. Müəllim dua edəndən sonra ikinci “şok vəziyyət” yarandı.

Müəllim: "Əgər biz sizinlə yaxşı yola getmək istəyiriksə, gərək yeni qaydalar qoyaq. Mən istəyərdim ki, yeni qaydaları siz özünüz qoyasınız."

Cim buna lap məəttəl qaldı. Ondan əvvəl belə iş heç vaxt olmamışdı.

Məktəbli qız: "Başqasının dəftərindən köçürmək olmaz."

Müəllim: "Yaxşı. Amma qaydalara riayət edilməməsi üçün cəza təyin olunmayıbsa, qaydaların faydası yoxdur."

Cim: "Köçürən şagirdə üç zərbə vurulsun!"

Hə, uşaqlar! O vaxtlarda məktəbdəki şagirdlər dəyənəklə cəzalandırılardı.

Müəllim bu və digər qaydaları lövhədə yazdı. İki-üç həftə hər şey yaxşı keçirdi. Lakin bir gün səhər müəllim sinifə kədərli halda gəldi.

Müəllim: "Kitablarınızı açmağa tələsməyin. Pis xəbər var. Aranızda bir nəfər qayda pozub, Cimin buterbrodunu oğurlayıb. Təqsirkar etiraf etməyə hazırdırmı?"

Hər kəs nəfəsini saxladı. Birinci sırada oturan balaca Tom kəkələyə-kəkələyə danışdı:

Tom: "Mən … mən götürmüşdüm. Mən … şey ... çox ac idim. Üzr istəyirəm."

Tomun valideynləri çox kasıb idi və bəzən evdə yeməkləri yox idi. Heç kim istəmirdi, Tom cəzalansın. Lakin müəllim qaydalara görə mütləq cəzasını verməli idi.

Müəllim: "Siz özünüz qaydaları qoymusunuz: təqsirkar cəzalandırılmalıdır, əks halda heç kəs artıq bu qaydalara riayət etməz. Tom, gəl, dur burada, sinifin önündə. Oğruluq üçün cəza on dəyənək zərbəsi."

Müəllim dəyənəyi əlinə götürdü.

Cim: "Dayanın! Buterbrod mənim idi axı. Mənsə Tomu bağışlayıram."

Müəllim: "Cim, sən çox xeyirxahsan, amma cəzası ləğv olunmaz."

Cim: "Onda məni vurun, Toma isə dəyməyin!"

Müəllim: "Olar. Bu başqa məsələdir. Qayda-qanunumuza görə, on dəyənək zərbəsi vurulmalıdır, lakin kimə vurulmalıdır – bu, başqa məsələdir."

O gün bütün sinif təqsirsiz uşağın oğrunun cəzasını çəkdiyini gördü. Cim Toma görə döyüldü. Ondan sonra Cimlə Tom yaxın dost oldular.

O gün Pasxa bayramından iki gün öncə gələn iztirab cüməsi idi. Müəllim şagirdlərə hər insanın cəzasını Öz üzərinə götürən İsa haqqında danışdı.

Müəllim: "İztirab cüməsində İsa çarmıxa çəkilmişdir. Bu gün bizə xatırladır ki, İsa günahsız idi və bizim əvəzimizə cəzalandı. Biz hamımız Allahın qayda-qanunlarını pozmuşuq. Buna görə İsa cəzamızı könüllü olaraq Öz üzərinə götürdü. O, çarmıxda öləndə bizim layiq olduğumuz ölüm cəzasını çəkdi. İsaya iman edən hər kəs azadlığa və əbədi həyata nail olur. Pasxa bayramı İsanın ölümdən dirildiyinə və əbədi olaraq yaşadığına şəhadət edir."


Rollar: Aparıcı, müəllim, məktəbli qız, Cim, Tom

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:06 AM | powered by PmWiki (pmwiki-2.2.109)