STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 073 (Shock in the classroom 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

73. Sinifdəki heyrət 1


Tətil qurtarmışdı. Heyf! Lakin yeni tədris ili darıxdırıcı olmayacaq. Amerikadakı “Ouk Tri” məktəbinin şagirdləri belə düşünürdülər. Bu əhvalat çoxdan baş vermişdir. Şagirdlər dəhlizdə kiçik dəstələrlə dayanmışdılar. Köhnə moda ilə geyinmişdilər. O vaxt hamı belə geyinərdi. Uşaqlar öyünməkdən xoşlanardılar. Cim lap çox öyünərdi. Sinif yoldaşları onun dediyinə etiraz etməzdilər.

Cim: "Qulaq asın! İndi yeni müəllim gələcək, özünü böyük adam kimi aparacaq, onda biz ona göstərəcəyik! O bizdən tez qaçacaq. Əvvəlki üç müəllimi qovlamamışıq? Bu müəllim də çox qalmayacaq."

1-ci məktəbli qız: "Bizimlə heç kim bacara bilmir. Görəsən, nə üçün? Axı bizim qədər itaətkar, oxumağa can atan şagirdlər dünyada yoxdur." (hamı gülür)

2-ci məktəbli qız: "Budur, müəllim gəlir. Tez olun, sinifə girək!"

1-ci məktəbli qız: "O, məktəbimizə necə gəlib çıxıb?"

2-ci məktəbli qız: "Müdir dedi ki, onu buraya Allah göndərib."

Cim: "Amma biz onu tez buradan uzaqlaşdıracağıq." (hamı gülür)

(məktəb zəngi çalır)

Zəng çaldı. Cimlə yoldaşları axırıncı sırada oturdular. Onlar maraqla gözləyirdilər. Müəllim sinifə daxil oldu. Şagirdlərin hamısına şəfqətlə baxdı.

Müəllim: "Sabahınız xeyir, oğlanlar və qızlar. Biz gərək bir-birimizlə dil tapaq, yaxşı yola gedək. Bu tədris ilinin yaxşı keçməsi üçün bu gün ona yaxşı başlamalıyıq. Gəlin, ayağa qalxaq və dua edək."

Dua? Şagirdlər mat qaldılar. Cim elə bil, şok keçirdi. Cəld ayağa qalxıb əllərini dua üçün bərabərləşdirdi.

Müəllim: "Ya Rəbb İsa, bizə kömək et ki, bu il hamımız birgə işləyək və yaxşı yola gedək. Hər bir şagird üçün Sənə minnətdaram, hər birinin Səni tanıması üçün dua edirəm, zira Sən hər birini sevirsən. Amin."

Şagirdlər bu duanın mənasını anlaya bilmədilər. Lakin dua onların ürəklərinə təsir etdi. İsa onları sevdiyi üçün müəllim onların İsanı tanımalarını istəyirdi. Onlar bunu heç vaxt eşitməmişdilər və düşünmək üçün vaxtları yox idi. İlk şokdan sonra özünə gələn şagirdlər tezliklə yeni bir şok keçirdilər. Bu əhvalatı mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, Cim, iki məktəbli qız, müəllim

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:05 AM | powered by PmWiki (pmwiki-2.3.3)