STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 109 (Who is the thief)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

109. Oğru kimdir


Ləman və Fərid məktəbdən evə gəldilər və nahar yeməyə oturdular. Onlar həmişəki kimi şən idilər, danışıb-gülürdülər. Anaları isə o gün nədənsə çox ciddi idi. Qəfildən o, uşaqlara xoşagəlməz sual verdi.

Ana: "Qəribədir, dünən mənim çantamda hələ 25 manatdan çox pul var idi. Bu gün dükanda ərzağın pulunu ödəmək istəyirdim ki, birdən gördüm, pul yoxdur! Sizdən soruşuram: mənim pulumu götürməmisiniz ki? Fərid? Yoxsa sən götürmüsən, Ləman?"

Fərid: "Ay ana, biz oğru deyilik."

Ləman: "Əlbəttə, biz sənin pulunu götürməmişik.”

Ana: "Çox qəribədir. Onda mən bilmirəm, pulum necə itib?"

Süfrəni yığışdırandan sonra Fərid və Ləman ev tapşırıqlarını etmək üçün hərə öz otağına getdi. Ancaq Ləman vicdan əzabı çəkirdi. Anasının çantasından pul götürdüyünə görə qızın halı xarablaşdı.

Ləman: "Kaş o pulu oğurlamayaydım! Amma məni də başa düşmək lazımdır. Anam mənə yeni sırğa almaq üçün pul verməmişdi, bəs mən nə edim? Əslində, bu heç oğurluq sayılmaz. Mən o pulu borc almışam və bir gün anama geri qaytararam."

Lakin Ləmanın ürəyi bu fikirlərdən rahatlıq tapmırdı. Vicdanında hələ də ağır bir yük daşıyırdı. O bilirdi ki, Müqəddəs Kitabda oğurluq günah adlanır. Oğurluq insanları bir-birindən uzaqlaşdırır, divar kimi ayırır. İndi Ləman bunu aydın şəkildə hiss edirdi. Anasının pulunu gizlicə götürəndən bəri anası ilə onun arasında elə bil, bir divar əmələ gəlmişdi. Bu divar onu İsadan da ayırırdı.

Ləman artıq özünə haqq qazandıra bilmirdi. Nahar vaxtında anasına yalan danışması vəziyyəti daha pis etmişdi. O gün boyunca qızın ürəyində heç sevinc yox idi. Döşək altında gizlətdiyi yeni sırğaları da onu heç xoşbəxt etmirdi. O gecə Ləman yatağa girəndən sonra ağlamağa başladı.

Ana: "Ləman, nə olub?"

Ləman: "Pulunu mən oğurlamışam. Bundan sonra sən məni artıq sevməyəcəksən!"

Ana: "Sən yaxşı iş görməmisən, qızım. Bu, pis işdir. Amma yaxşı ki, mənə etiraf etməyə cəsarət tapmısan. Mən səni bağışlayıram. Sənə verdiyim gündəlik puldan o 25 manatı yavaş-yavaş geri ödəyərsən. İsadan da səni bağışlamasını diləmək istəyirsən?"

Ləman: "Hə. Ya Rəbb İsa, o pulu oğurladığıma peşmanam. Yalvarıram, məni bağışla! Məni sevdiyinə görə çox minnətdaram."

Ləmanın çiynindən ağır yük düşdü. Qız yenə sevinc hiss etdi. Amma ən önəmlisi o idi ki, anası və Rəbb İsa onu əvvəlki kimi sevirdilər.


Rollar: Aparıcı, ana, Ləman, Fərid

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:35 AM | powered by PmWiki (pmwiki-2.2.109)