STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 025 (The saddest story)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

25. Ən kədərli hekayə


Uşaqlar, dünyada doğum günü olmayan iki insan var olmuşdur. Onları tanıyırsınız?

Adəm və Həvva! Onlar doğulmamışlar, onları Allah yaratmışdır. Onların doğum günü olmasa da, onlar o qədər xoşbəxt yaşayırdılar ki, həyatlaının hər günü ad günü kimi idi. Onlar Allahla yaşayırdılar. Onunla danışır, səsini eşidə bilirdilər. Heç vaxt dava etmirdilər, xəstələnmirdilər, narahat olmurdular. Allah-Taala onlara çox-çox bərəkət verirdi!

Allah dedi: “Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsiniz, ancaq bağın ortasındakı ağacdan yeməyin. O ağaca toxunmayın, yoxsa öləcəksiniz.”

Hər şey bu istisna ilə onlara məxsus idi. Adəmlə Həvva Allahı sevir və məmnuniyyətlə Ona itaət edirdilər.

Lakin bir gün heç kəsin Allahla münasibətindən xoşlanmayan bir varlıq bağa gəldi. Bu, iblis idi. Əvvəldən iblis bir mələk olmuşdu. Ancaq o, qürurlanmış və Allah kimi olmaq istəmişdi, buna görə də cənnətdən qovulmuşdu.

İblis: “Doğrudanmı, Allah sizə bu ağacdan yeməməyi söylədi?”

Həvva: “Biz bu ağacdan başqa hər ağacın bəhrəsindən yeyə bilərik. Ancaq bu ağacdan yesək, öləcəyik.”

İblis: “Ölməzsiniz!”

Allahın düşməni qədim yalançıdır. Allahın kəlamının mənasını səhv şərh edir və adamın ürəyinə şühbə salır. Həvva Allahın əmrini əzbər bilsə də, onu yoldan çıxardan iblisə qulaq asdı. O ağacın meyvəsinə baxanda, ürəyi onu çox arzuladı, o da həmin meyvədən dərib yedi və yanında olan Adəmə də verdi, o da yedi.

İtaətsizlik bir günahdır və günahın qorxunc nəticəsi var. O hadisədən sonra hər şey dəyişdi və artıq əvvəlki kimi deyil idi.

Allah dedi: “Adəm, haradasan?”

Allah onları səslədi, onlar isə qorxub Allahdan gizləndilər. Adəmlə Həvva bir-birini günahlandırdılar. Günah insanı xoşbəxt etməz. Saleh Allah Adəmlə Həvvaya cəza verməli idi. Günahın əvəzi ölümdür; yəni günaha görə biz əbədilik Allahdan ayrılırıq. Adəmlə Həvva cənnət bağını tərk etməyə məcbur oldular.

Dünyada ən pis hadisə baş verdi: günah dünyaya gəldi. O vaxtdan bəri hər insan günahkardır. Lakin Allah məhəbbətdir, buna görə Allah hələ o vaxt günahlarımızı Öz üzərinə götərəcək və bizə yeni həyat verəcək Xilaskarı göndərəcəyini vəd etmişdi.

Növbəti verilişdə siz bu Xilaskarın Kim olduğunu öyrənəcəksiniz.


Rollar: Aparıcı, iblis, Həvva, Allahın səsi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:30 AM | powered by PmWiki (pmwiki-2.3.3)