Home -- Azeri -- Perform a PLAY -- 024 (Very good)
24. Əla
Beşinci sinifdə sevinc hökm sürürdü. Müəllim şagirdlərə riyaziyyat testlərindən aldıqları qiymətləri vermişdi. Bəziləri rahat nəfəs aldılar. Qiymətləri gözlədikləri kimi pis deyil idi.
Müqəddəs Kitabda, hər uşağın arzuladığı “5+” qiymətini tapmışam!
Bilirsiniz, bunu harada oxumuşam? Müqəddəs Kitabın ilk səhifələrində, Allahın kainatı yaratması haqqındakı ayələrdə. Allahın yaratdıqları “5+” qiyməti almışdır.
Mən Allahın hər şeyi: sənin qəşəng dağsiçanını, pişiyini, itini necə gözəl yaratdığına dönə-dönə heyran oluram. Cıqqılı qarışqalar, yekə fillər, məzəli meymunlar, bütün balıqlar və quşlar.
Allah heyvanları yaratmazdan öncə onlara yemək olaraq ağaclar və digər bitkilər yetişdirmişdi. Bundan əlavə, O, balaca novruzgülündən tutmuş böyük günəbaxana, qəşəng qızılgüldən ətirli bənövşəyə kimi müxtəlif güllər yaratmışdır. Allah-Taala güllərin çoxalması üçün hər birinə özünəməxsus toxum vermişdir. Yaradan hər şeyi düşünmüş, nəzərə almışdır. İlk öncə işığı yaratmışdır, axı işıqsız həyat yoxdur.
Allahın hər şeyi necə yaratdığını bilirsinizmi, uşaqlar?
O hər şeyi kəlamı ilə yaratdı. Allah “İşıq olsun!” dedi və işıq oldu. Gördüyünüz hər şey Allah kəlamı ilə yaradılmışdır. Başlanğıcda heç nə yox idi, bir şeyin əmələ gələ biləcəyi, var ola biləcəyi bir mənbə yox idi.
Nə təsadüf, nə də böyük partlayış kainatı yoxdan var etməyə qadirdir – yalnız Külli-İxtiyar Allah məxluqatı yoxdan yaradır.
Axırda ən yaxşı məxluq yarandı.
Allah “İnsanları yaradaq!” dedi və ən gözəl fikirlərinə görə kişi ilə qadını yaratdı.
Altıncı gündə Allah yaratdığı hər şeyə baxıb sevindi, çünki bütün yaratdıqları çox yaxşı idi. Və O, bütün yaratdıqlarını Adəmlə Həvvaya verdi. Onların cənnətdə Allahla birgə həyatları əla idi. Lakin bir gün bu xoşbəxt həyata son qoyan faciə baş verdi.
Növbəti verilişdə mən sizə dünyada ən kədərli hekayəni danışacağam.
Rollar: Aparıcı
© Müəlliflik hüququ: CEF Germany