STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 023 (Peter starts again 8)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

23. Əli üçün yeni həyat başlayır 8


Oğlan: “Əliyə nə olub ki?“

Qız: “Bu gün onu tanımaq olmur.”

Oğlan: “O həmişəki kimi boş-boş zarafatlar etmir.”

Qız: “Özü də yaman sakit olub.”

Əli qəmli görünürdü. Bir arxa çantası var idi – gözlə görünməz, ağır arxa çantası. Onun içindəki yük nə idi, görəsən? Əli heç vaxt bundan danışmırdı.

Qəribədir ki, o məbəddə uşaq toplantısında dərs keçəndə bu arxa çantasının yükünü daha çox hiss edirdi. Əli bu yükü daşısa, əsla Allahı razı sala bilməyəcəyini anlayırdı.

Dərin fikrə dalaraq evə getdi. Tək qalmaq istəyən uşaq öz otağına getdi.

Fikirləri, daşıdığı yükün ətrafında toplanmışdı:

• Mağazadan oğurladığı şeylər

• Anasının pul kisəsindən gizlicə götürdüyü pul

• Başqalarını heyrətləndirmək üçün danışdığı yalanlar və pis zarafatlar

Yox, bu belə davam edə bilməz, - deyə Əli düşünürdü. O, İncili oxuduğu üçün bilirdi ki, İsa hər şeyi təzələməyə qadirdir. Əlinin istədiyi, yeni həyata başlamaq idi, buna görə də o, əvvəl heç vaxt etmədiyi bir işi etdi: dua etdi. O, İsa ilə açıq danışdı və etdiklərinə görə peşman olduğunu söylədi.

Gözlə görə bilmədiyimiz, amma həmişə bizimlə olan və bizi eşidən Şəxs ilə danışdı.

Əli: “Ya Rəbb İsa, mənim barəmdə hər şeyi bildiyin halda, hələ də məni sevdiyin üçün Sənə minnətdaram. Yalvarıram, yalanlarımı, oğruluğumu, pis sözlərimi bağışla. Ürəyimi təmizlə, həyatıma daxil ol və mənim Rəbbim ol! Amin.”

Bu duadan sonra Əli özünü həddindən artıq yüngül hiss elədi, çünki İsa belə dualara dərhal cavab verir. O sevinclə dedi:

Əli: “Məni bağışladığın və həmişə mənimlə olacağını vəd etdiyin üçün Sənə minnətdaram, ya Rəbb İsa.”

Əlinin dəyişildiyini başqaları da gördülər. Bəzilərinin ona gülmələrinə və onu anlamaq istəməmələrinə baxmayaraq, Əli onlara dəyişilməyinin səbəbini başa saldı.

Sən də ağır arxa çantanın yükünü hiss edirsənmi?

Arxa çantanda nəyin olduğunu bilmirəm, ancaq hər şeyi İsaya danışa biləcəyini bilirəm. Sən də Əli kimi edə bilərsən!

Əgər onun kimi dua etsən, mənə yaz. Mən səndən xəbər tutmaq istəyirəm.


Rollar: Aparıcı, iki uşaq, Əli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:29 AM | powered by PmWiki (pmwiki-2.2.109)