Home -- Azeri -- Perform a PLAY -- 022 (Chariot of fire to heaven 7)
22. Oldu arabada – göyə 7
Uşaqlar, bu yaxınlarda aparılmış İlyas peyğəmbərin axtarışı yadınızdadırmı? İlyas peyğəmbərin necə qeyb olduğu sirr olaraq qalmışdır.
Aparıcı: Elişa, sən İlyasın ən yaxın dostu idin. Onun harada olduğunu bilirsən?
Aparıcı: Mən səninlə bu haqda danışanda sevindiyini görürəm. Maraqlıdır.
Elişa: “İlyasın getməmişdən əvvəl cübbəsini necə çıxardığı hələ yadımdadır. Mən onunla getməyi qərara almışdım. O mənim gəlməyimi istəmirdi, amma mən onun sözünə baxmadım. Yolda peyğəmbərlərə rast gəldik, onlar məndən soruşdular ki, bilirsən, bu gün İlyasın səninlə qaldığı son gündür?”
Aparıcı: Sən bunu eşidəndə kədərləndinmi?
Elişa: “Mən bunu onsuz da bilirdim, buna görə onlardan susmağı xahiş etdim. Biz şərqə tərəf gedirdik. İordan çayına çatanda gördük ki, körpü yoxdur. Onda İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Təsəvvür elə ki, çay iki yerə ayrıldı və biz quru yerin üstündən keçdik.”
Aparıcı: Həqiqətən?
Elişa: “Bəli, mən özüm orada idim! Allahın əzəmətinə, qüdrətinə heyran oluram – Allah-Taala gücsüz insanların həyatında necə möcüzələr eləyir!
Biz yol gedərkən Allahdan danışırdıq. Birdən inanılmaz bir hadisə baş verdi. Göydən odlu bir araba ilə odlu atlar gəldilər. Mən buna mat qaldım, İlyasın bu arabaya minib Allahın gözlə görünməz cənnətinə qalxdığını gördüm. Onu çağırdım, amma o qeyb oldu, mən onu daha görmədim. Allah-Taala İlyası belə ehtişamla göyə apardı.”
Aparıcı: Deməli, buna görə İlyası heç vaxt tapa bilməyiblər. Suallarımıza cavab verdiyin üçün təşəkkür edirik, Elişa. İndi sirr açılmışdır.
Ümumiyyətlə, bu dünyada həyatımız ölümlə qurtarır. Lakin həyatımızın necə və nə vaxt qurtaracağı ən önəmli məsələ deyil. Önəmli olan budur ki, biz öləndən sonra haraya düşəcəyik.
İlyas bu dünyada Allahla yaşamışdı, buna görə də öləndən sonra Allahın yanındadır. İncildə yazılmışdır: “Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.” (1-ci Yəhya 5:12)
Növbəti verilişdə mən Əlinin İsa ilə yeni həyata necə başladığından danışacağam.
Rollar: Aparıcı, İlyas
© Müəlliflik hüququ: CEF Germany