STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 021 (Sin begins little by little 6)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

21. Günah xırda şeydən başlayır 6


Padşah Axav sarayında var-gəl eləyirdi. Arabir pəncərə altına söykənir və pəncərədən görünən üzüm bağına həsrətlə baxırdı.

Axav: “Mən o bağı mütləq əldə etməliyəm! Axı o düz sayarımın yanındadır. Orada özümə əla bir bağ düzəldərəm, kələm yetişdirərəm.”

Padşah bağın sahibi ilə görüşməyə getdi.

Axav: “Navot, üzüm bağını mənə sat.”

Navot: “Bu, mümkün deyil! Bu sahə mənə ata-babalarımdan miras qalmışdır. Mirası satmaq olmaz – Allahın qoyduğu qayda-qanun belədir.”

Axav Navotdan bərk incidi, sağollaşmadan öz sarayına getdi. Dilxor halda otağına girdi, yatağı üzərinə uzandı. Qanı qara idi.

Bəs sən istədiyini əldə etməyəndə qanın qaralırmı?

Padşah Axav hirslə üzünü divara çevirdi.

İzevel: “Sənə nə olub?”

İzevel ərinin dilxorluğunun səbəbini öyrənəndə dedi:

İzevel: “Qalx, ürəyini sıxma! Üzün gülsün. Mən söz verirəm ki, sən istədiyini əldə edəcəksən.“

Kraliça şəhər şurasına məktub yazdı, padşahın imzasını saxtalaşdırdı və məktubu padşahın möhürü ilə möhürlədi.

Şəhər şurasının sədri məktubu açıb oxudu: “Bir tədbir təşkil edin və Navotu da oraya dəvət edin. O tədbirdə Navotu belə ittiham edin: Sən Allahı və padşahı lənətlədin, buna görə ölməlisən.”

Şəhər şurası məktubdakı əmri yerinə yetirdi. Heç nədən şübhələnməyən Navot dəvəti qəbul etdi. Axşam o öldürüldü.

Kiçik bir günahın axırda bu dərəcədə iyrənc və dəhşətli cinayətə çevrilməsi nə qədər qorxuncdur!

Gördü – istədi – həsəd çəkdi – qürurlandı – incidi – yalan danışdı – və adam öldürdü!

Navotun öldürülməsi barədə xəbər tez yayıldı. Padşah Axav üzüm bağına yiyələndi. Ancaq o, Allahın buna necə baxdığını heç düşünməmişdi. Birdən İlyas padşahın yanına gəldi. Axavın bət-bənizi kağız kimi ağardı.

Axav: “Ey düşmənim, indi məni tapdın?”

İlyas: “Bəli, səni tapdım. Sən özünü günaha təslim etdin, günahın ürəyində kök salmasına yol verdin. Lakin Allah günaha nifrət edir, O səni və ailəni məhv edəcək!”

Bu sözlər padşahı rahat qoymurdu. O etdiklərinə görə peşman oldu. Onun ürəyini görən Allah da ona rəhm elədi.

Biz də günahlarımızı Rəbb İsaya etiraf edəndə, İsa sadiq olduğu üçün günahlarımızı bağışlayır.


Rollar: Aparıcı, Axav, İzevel, Navot, İlyas

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)