STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 020 (On the run 5)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

20. Qaçan peyğəmbər 5


Padşah sarayına gedən yolda at dırnaqlarının taqqıltısı eşidilirdi. Leysan yağırdı. Araba saxlayan kimi, padşah Axav çölə çıxıb saraya yüyürdü.

Axav: “İzevel, ay İzevel! Bu gün baş verənləri danışsam, inanmayacaqsan. Göydən od düşdü və hər kəs gördü ki, İlyasın Allahı əsl Allahdır. Baal heç nə edə bilmədi və pərəstişkarları öldürüldülər.”

Kraliça diqqətlə qulaq asırdı. Görəsən, bu xəbər və üç ildən sonra yağan yağış onu da Rəbbin Allah olduğuna inandırdımı? Xeyr. Bütün bunlar onu daha da acıqlandırdı.

İzevel: “Mən bu İlyası öldürəcəyəm!”

İlyas peyğəmbər kraliçanın onu öldürmək istədiyini eşidəndə qaçdı. O, ömründə heç vaxt belə qaçmamışdı. 200 kilometr yol qaçdı! Buna baxmayaraq, özünü sakit hiss edə bilmirdi. Odur ki cənuba tərəf qaçmağa davam etdi. Qorxudan çölə gəlib çıxdı.

Bəs siz qorxanda nə edirsiniz, uşaqlar?

Allah sənin yanındadır! İlyas həmişə Allahın dediyi kimi edirdi. Ancaq bu dəfə o, qorxuya təslim olmuşdu. Axırda taqətdən düşən peyğəmbər bir ağacın altında oturub dua etdi:

İlyas: “Ya Rəbb, bəsdir artıq! İndi mənim canımı al!”

Allah sənin yanındadır. Lakin O belə duaya “bəli” cavabı verməz. Allah-Taala İlyası yuxulatdı, sonra onu oyatmaq üçün bir mələk göndərdi.

Mələk: “Ay İlyas, oyan! Qalx, yemək ye və su iç!”

İlyas gözlərini açıb ətrafa göz gəzdirdi. Başının kənarında bir kökə ilə bir bardaq su gördü. Kökə çox dadlı idi!

İlyas yenə yuxuya getdi və eyni şey təkrarlandı.

Allah sənin yanındadır. Allahın elçisi çölün ortasında Allahın ona necə qayğı göstərdiyini görəndə bu həqiqəti dərk etdi. Təzədən Allahın səsini eşitməyə hazır olan peyğəmbər yeni bir missiya ilə geri qayıtdı.

Allah sənin yanındadır! Sən də qorxmamalısan. Mən səni ruhlandırmaq üçün Zəburdan bir ayə oxumaq istəyirəm:

“Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?” (Zəbur 27:1)


Rollar: Aparıcı, Axav, İzevel, İlyas, mələk

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)