STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 144 (Totally in love 5)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

144. Müjdəçi aşiqdir 5


Hadson Teylor kədərlə qapını bağladı. Bəziləri paxıllıqdan başçının önündə ona şər atdıqlarına görə o indi Çunmindao adasını tərk etməli idi. Hadson bunu anlaya bilmirdi, amma Allah onu tərk etmədi. Allah pisliyi yaxşılığa döndərməyə qadirdir.

Müjdəçi Ninbo şəhərində Bric Strit küçəsində məskən saldı və oradakı çinlilərə sevinclə Xilaskar İsa haqqında danışmağa başladı.

Allah hər şeyi düzəltdi. Lakin ən yaxşısı hələ qabaqda idi! Ən yaxşısı, ən yaxşı yoldaş idi. Hadsonun yaşadığı evin yanında müjdəçi məktəbi var idi. Hadson orada müəllimə olaraq çalışan bir ingiliz qıza könül verdi, qız da onu sevdi. Xoşbəxt qızın adı Meri idi. Hadson Meriyə evlənmək təklif etdi, amma öncə ona etiraf etməli idi.

H. T.: "Meri, sənə bir şey söyləməliyəm. Mən varlı deyiləm. Bir şeyə ehtiyacım olanda İsadan xahiş edirəm, Onun qayğısına ümid bağlayıram. Pulum azdır. Sən mənimlə ailə qurmağa razı olduğuna əminsənmi?"

Meri: "Bəli! Biz birlikdə İsaya güvənəcəyik. Çox pul bizə onsuz da lazım deyildir. İsa ən qiymətli sərvətimizdir!"

Onların toyuna çoxlu insanlar gəldilər.

Allah Onu sevən hər kəsə ən yaxşısını verir. O, söz verir və sözünə əməl edir. Buna görə də Hadsonla Meri həyatını Allaha həsr etdilər.

Hadson xəstələrə qulluq edir və Müjdəni yayırdı. Meri müəllimə olaraq çalışırdı və bir çox oğlan və qız uşaqlarına Rəbb İsa haqqında danışırdı. Hadsonla Meri yoxsullara ərzaqla kömək edirdilər. Onların həmişə çox işi var idi. Onlar çinlilərin İsaya iman etməsinə çox sevinirdilər.

Hər axşam çalan zənglər insanları ibadətə dəvət edirdi.

Bütpərəst Ni də sevincli ilahi nəğmələr eşidib gəldi. O, İsanın Allaha aparan yeganə yol olduğunu ömründə ilk dəfə eşitdi.

Ni: "Cənab Teylor, mən çoxdan həqiqəti axtarmışam. İsa həqiqətdir və mən Ona iman edirəm. Sizə bir sual verim: siz ingilislər neçə il bundan əvvəl həqiqəti tanıdınız?"

H. T.: "Bir neçə yüz il bundan əvvəl."

Ni: "Nə??? Bu qədər çox??? Bəs niyə sizdən heç kəs daha öncə buraya gəlib həqiqəti bizə danışmayıb?"

Bu sual Hadsonun ağlından çıxmırdı. O hələ də həqiqəti tanımayan milyonlarla çinlilər haqqında düşünürdü və xidmətdə daha çox səy göstərirdi. Axırda o xəstələndi və müalicə olunmaq üçün İngiltərəyə qayıtmağa məcbur oldu.

İnsan xəstə düşəndə Allah onun həyatında hər şeyi ən yaxşı şəkildə düzəldə bilərmi?

Bu sualın cavabı növbəti verilişdə veriləcək. Onu buraxmayın!


Rollar: Aparıcı, Hadson Teylor, Meri, Ni

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)