STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 145 (If I had 1000 lives 6)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

145. 1000 ömrüm olsaydı 6


Gəmi İngiltərəyə çatdı. Hadson Teylor ağır xəstə halda gəmidən endi.

Onu İnglitərədə müalicə edən həkimlər son dərəcə narahat oldular.

Həkim: "Cənab Teylor, siz artıq Çinə heç vaxt qayıda bilməzsiniz."

H. T.: "Allah istəsə, mənə şəfa verə bilər."

Böyük Çin xəritəsi divardan asılmışdı. Hadson ona baxıb ağlayırdı, İsadan xəbərsiz olan milyonlarla çinlilər haqqında düşünəndə göz yaşlarını saxlaya bilmirdi.

O bu əhvalatı tez-tez danışardı:

H. T.: "Mən gəmi ilə Sin-Xua-Fuya getdim. Piter də gəmidə idi. Biz İsadan danışdıq. Sonra mən kayutuma qayıtdım. Birdən qışqırıq və su şappıltısı eşitdim. Piter bortdan yıxılıb suya düşdü. Mən suya tullandım, amma onu tapa bilmədim. Yaxında kiçik bir qayıqda balıqçılar gördüm. ‚Kömək edin! Adam bortdan yıxılıb!‘ deyə qışqırdım. Onlar isə mənə ‚Vaxtımız yoxdur. Balıq tuturuq. Bizə pul verəcəksən?‘ deyə cavab veridlər. Mən onlara pul verəcəyimə söz verdim. Onların gəlib kömək etməsi xeyli vaxt çəkdi. Piteri sudan çıxartdılar. Onu həyata qaytarmağa çalışdım, amma artıq çox gec idi. Piter ölmüşdü. O balıqçılar laqeyd qalmasaydılar, Piteri xilas etmək mümkün olardı."

Onların bu laqeydliyi dəhşətli idi!

Hadson insanların xilas olmasını istəyirdi. Xüsusilə günahlarından xilas olmasını istəyirdi. Lakin o çox xəstə idi.

H. T: "Ya Rəbb İsa, Çinə beş nəfər müjdəçi göndər, qoy çox insan Sənə iman gətirsin və xilas olsun."

Hadsonun duası eşidildi. Ancaq milyonlarla çinli üçün beş müjdəçi nədir ki? Hadson Teylor 24 nəfər, 100 nəfər, 1000 nəfər üçün dua etdi! Və Allah bütün dualarına cavab verdi.

Şəxsən mən Hadson Teylordan dua etməyi öyrəndim. İsaya ehtiyaclarımızı söyləməliyik, sonra da Ondan istədiyimizi bizə verdiyinə inanmalıyıq. İsa dualarımızı eşidir və məmnuniyyətlə bizə cavab verir.

Hadson Teylor yenə sağaldı və yeni müjdəçilərlə birlikdə Çinə getdi.

1-ci qadın: "Siz hamınız dəli olmusunuz! İngiltərədə qalın!"

2-ci qadın: "Burada çox pul qazana bilərsiniz, Çində isə ac qalacaqsınız, çünki hamı sizi unudacaq."

H.T.: "Hamı bizi unudacaqmı? Xeyr. Allah Öz övladlarını əsla unutmaz!"

Həqiqətən də, Allah onu əsla unutmamışdır.

H. T.: "1000 həyat yaşasaydım, 1000 dəfə müjdəçi olardım."

Bəs siz müjdəçi olmaq istəyirsinizmi, uşaqlar? Sizə söz verə bilirəm ki, müjdəçi olsanız, milyoner olmazsınız və çox əziyyətiniz olacaq. Bununla belə, bu dünyada İsanın istədiyini etməkdən və hər vəziyyətdə İsaya güvənməkdən daha gözəl bir şey yoxdur.


Rollar: Aparıcı, Hadson Teylor, həkim, 1-ci qadın, 2-ci qadın

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)