Home -- Azeri -- Perform a PLAY -- 121 (Tracks in the snow 5)
121. Qardakı ayaq izləri 5
Maya kitab oxuyurdu. Ancaq heç cür fikrini toplaya bilmirdi.
Maya: "Nənə, mən yatmağa getdim. Gecən xeyrə qalsın."
Lakin qız otağına getmək əvəzinə bayıra çıxdı və hündür qar yığınlarından yeriməyə başladı. Maya evdən xeyli uzaqlaşmışdı ki, birdən ayağı sürüşdü və çox pis burxuldu, elə ki qız daha yeriyə bilmədi.
Maya (ağlayır): "Mən ində nə edim? Məni burada kimsə tapana qədər donub öləcəyəm."
Maya qar yığını içində oturub ağlayırdı. Göylərdə ulduzlar par-par parıldayırdı. O, başını qaldırıb göyə baxdı. Allah onu buradan qurtaracaqmı? Axı o Fridliyə qarşı çox nifrət bəsləmiş və pislik eləmişdi?
Birdən sürüşən xizək səsi qulağına gəldi.
Maya: "İmdad! İmdad! Fridli, sənsən? Nə olar, mənə kömək et. Ayağım burxuldu."
Fridli: "Mən indi kirşəni gətirəcəyəm. Hələliksə kurtkamı al, geyin."
Maya yenə tək qaldı və ürəkdən dua etdi.
Maya: "Əziz Rəbbim İsa, mən günahkaram və Sənə ehtiyacım var. Yalvarıram, bütün günahlarımı bağışla. Mən Sənin övladın olmaq istəyirəm. Təkcə ona görə yox ki, çətin vəziyyətə düşdüm. Amin."
Fridli kirşə və isti yorğanlarla qayıtdı.
Maya: "Fridli, sənə bir şey deyəcəyəm. Sənin qayırdığın o at heykəlini mən sındırmışam. İsa məni bağışladı. Sən də bağışla. Mən artıq sənə nifrət etmirəm."
Fridli: "Mən də səndən şübhələnmişdim. Etiraf etdiyinə görə sağ ol. Səni bağışlayıram."
Maya sağ-salamat evinə qayıtdı. Qonşu evində isə Fridli o gecə belə dua etdi.
Fridli: "Ya Rəbb İsa, Səndən xahiş edirəm, mənə bir fikir ver, Klausun başına gələn o hadisəyə görə peşman olduğumu Mayaya necə sübut edə bilərəm?"
Ağlına yenə şəhər mehmanxanasında qalan həkim gəldi. Görəsən, o Klausun qıçını sağalda bilərmi? Gecənin yarısında, qar fırtınasına baxmayaraq, Fridli xizəklə dağdan aşağı sürüşdü. Yol təhlükəli idi, amma oğlan axırda sağ-salamat şəhərə çatdı. Taqətdən düşsə də, bunu etməyinə dəyərdi. Həkim ona kömək etməyə razı oldu. Klaus xəstəxanada uzun müddət qaldı, lakin evə qayıdanda ailəsinin sevincinin həddi-hüdudu yox idi. Klaus əvvəlki kimi yeriyə bilirdi! Fridlini dəvət etdilər. O da Klausun qoltuqağacsız gəzə bildiyini görəndə çox sevindi.
Həkim: "Klaus, sən Fridliyə təşəkkür etməlisən. O mənimlə görüşməyə gələndə öz həyatını təhlükəyə atdı."
Fridli: "Mən bunu özbaşıma etmədim. Mənə o fikri İsa verdi və bunu etmək üçün gücü də İsa verdi."
Bütün xərcləri isə dağdakı daxmada yaşayan qoca adam ödəmişdi. Ancaq bu sirri Fridlidən başqa heç kəs bilmədi.
Rollar: Aparıcı, Maya, Fridli, həkim
© Müəlliflik hüququ: CEF Germany