Home -- Azeri -- Perform a PLAY -- 094 (Bad conscience 6)
94. Vicdan əzabı 6
Rinqu müjdəçinin balaca orqanını oğurlamışdı və indi vicdan əzabı çəkirdi. Oğurluq heç kəsi xoşbəxt etməz. Siz də bunu anlamısınızmı, uşaqlar? Fərqi yoxdur, mağazadan bir şey oğurlamısınız, yoxsa ananızın pul kisəsindən pul götürmüsünüz – bunların ikisi də oğurluq sayılır. Vəziyyəti düzəltmək üçün bircə yol vardır.
Rinqu bu yolu seçdi. İsadan üzr istədi və oğurladığı şeyi yiyəsinə qaytarmağı qərara aldı.
Öküzləri qoşdurub orqanı arabaya qoydu.
Battu: "Rinqu, sən nə edirsən?"
Rinqu: "Orqanı yiyəsinə qaytarmağa gedirəm."
Battu: "Sən dəlisən? Onu qaytarırsansa, onda nə üçün götürürdün? Sən İsaya iman edəndən sonra, vallah, səni başa düşə bilmirəm!"
Rinqu: "Arabaya min görək! Yolda sənə hər şeyi başa salacağam."
Rinqu şəhərə vaxtında çatmaq üçün tələsirdi.
Merri xanımı tez tapdıqlarına sevindi. Merri xanım Hindistanda Müqəddəs Kitab tərcüməçisi olaraq çalışırdı.
Merri xanım: "Salam, cavan oğlanlar. Nə yaxşı ki, gəlmisiniz. Köməyinizə ehityacım var. Tərcümə üçün kurku dilində bir neçə sözü dəqiqləşdirməliyəm. Mənə kömək edəcəksinizmi?"
Rinqu: "Bəli, amma öncə biz Sahib Qrabbla görüşməliyik."
Merri xanım: "O burada yoxdur. O çox xəstələnmişdi. Təyyarı ilə Amerikaya uçmuşdu. Lakin həkimlər ona kömək edə bilmədilər. Sahib Qrabb artıq cənnətdədir."
Rinqu: "Sahib cənnətdədir? Rəbb İsanın yanında? Əlbəttə, o orada çox xəşbəxtdir ... Amma bizimlə deyildir artıq ..."
Merri xanım: "Düzdür, o artıq bizimlə deyildir."
Rinqu bu xəbərə görə çox kədərləndi, hətta ağladı.
Merri xanım: "Bax, məndə onun şəkli var. İstəyirsən, səndə qalsın."
Rinqu: "Çox sağ olun. Bu mənim çox sevdiyim Sahibdir. O mənə Rəbb İsa haqqında danışırdı."
Merri xanım: "Rinqu, Allahın sənin üçün bir planı var. Mən inanıram ki, Allah istəyir, sən başqalarına Onun haqqında danışasan."
Rinqu: "Amma ... amma mən oğurluq etmişəm ... mən ... balaca orqanı oğurlamışam. O, arabadadır."
Oğlanın pis hərəkəti artıq sirr deyil idi və Rinqu özünü rahat hiss elədi.
Merri xanım onu bağışladı. Rinqu orqanı arabadan gətirib müjdəçilərə qaytardı.
Rinqu: "Sağ olun, Merri xanım. Gələcəkdə yenə sizin yanınıza gələcəyəm və sizə daha çox kurku sözləri öyrədəcəyəm. İndi isə biz getməliyik, hələ ev üçün odun yığmalıyıq."
Qayıdan yolda Rinqu dua etdi.
Rinqu: "Məni bağışladığın üçün sənə çox-çox minnətdaram, ya Rəbb İsa. Səndən xahiş edirəm, orqanı qaytardığımı Sahibə söylə. İndi mən çox xoşbəxtəm və Sənə xidmət etmək istəyirəm!"
Battu: "Rinqu, mənə İsa haqqında danışarsanmı?"
Rinqu: "Bəli, mən istəyərdim, hər gün sənə İsa haqqında danışam!"
Rollar: Aparıcı, Rinqu, Battu, Merri xanım
© Müəlliflik hüququ: CEF Germany