STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 086 (Prayer prohibited 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

86. Dua qadağandır 4


Padşahın nazirləri Danieli məhv etmək istəyirdilər.

1-ci nazir: "Son xəbəri eşitmisənmi?"

2-ci nazir: "Əlbəttə! Daniel bütün ölkədə padşahdan sonra ikinci adam olacaq. Ona mane olmaq üçün bir yol tapmaq lazımdır."

1-ci nazir: "Bu heç də asan iş deyil."

2-ci nazir: "Bəs onun dinində bir səbəb tapsaq? O gündə üç dəfə Allahına dua edir. Biz buna qarşı yeni bir qanun hazırlayıb padşaha təqdim edə bilərik və …"

Danielin günahı nə idi? Bu adamlara qarşı nə pislik etmişdi? Allah onu ölkədə ən yüksək vəzifəyə gətirmişdi. Bu da başqalarını acıqlandırırdı; onlar paxıllıq çəkirdilər.

1-ci nazir: "Gəl, tez padşahın yanına gedək. O bu yeni qanuna qol çəksin."

2-ci nazir: "Ey padşah Dara, ölkənin bütün valiləri razılaşdı ki, sən yeni qanun barəsindəki fərmanı imzalayasan. Qanun belədir ki, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın. Ey padşah, indi bu qadağan əmrini elan et, qoy dəyişilməz və heç vaxt pozulmayan qanun olsun."

Onların pis niyyətini anlamayan padşah fərmanı imzaladı. Amma Daniel Allahı həmişə öz həyatında hər şeydən üstün sayırdı və bu yeni qanun da bunu dəyişdirə bilməzdi! Daniel düşmənlərinin onu izlədiyini bilsə də əvvəlki kimi dua etməyə davam etdi.

1-ci nazir: "Ey padşah Dara, sən hər kəsə başqa bir allaha yaxud insana dua etməyi qadağan edən yeni qanunu imzalamısan, elə deyilmi?"

Padşah: "Bəli, elədir."

2-ci nazir: "Daniel isə hələ də öz Allahına gündə üç dəfə dua edir. Biz indi onun dua etdiyini görmüşük. Demək ki, o, şirlər olan quyuya atılmalıdır."

Padşah: "Daniel?"

Padşah Danieli sevirdi. Onu qorumaq istəyirdi. Lakin qanun qanundur.

Padşah: "Ey Daniel, Allahın sənə kömək olsun!"

Beləcə Danieli şirlər olan quyuya atdılar.

O gecə padşah heç yata bilmədi. Səhər açılanda tələsik şirlərin olduğu quyuya getdi.

Padşah: "Ey Daniel, Allahın səni şirlərdən qorudumu?"

Daniel: "Qoy padşah həmişə sağ olsun! Allahım bir mələk göndərdi. Mələk də şirlərin ağzını bağladı və onlar mənə zərər verə bilmədi."

Padşah Danielin sağ qaldığına çox sevindi və quyudan çıxarılmasını əmr etdi. Danielin bədənində heç bir zədə yox idi. Allah bir möcüzə etmişdi!

Daniel şərəfləndirildi, düşmənləri isə şirlər olan quyuya atıldılar.

Padşah: "Bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahına ehtiram etsinlər, çünki O var olan Allahdır, insana kömək edir və xilas verir."

Danielin imanı çox bəhrə vermişdir.

Sən də var olan Allaha güvənsən, iman etsən, O sənə mükafat verəcəkdir.


Rollar: Aparıcı, iki nazir, padşah, Daniel

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:19 AM | powered by PmWiki (pmwiki-2.3.3)