STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 085 (The fiery oven miracle 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

85. Odlu soba möcüzəsi 3


Nəhəng heykəl hazır idi. Eni 3 metrə, hündürlüyü isə 30 metrə çatırdı. Onu hər yerdən görmək mümkün idi.

Padşahın elçisi: "Qulaq asın! Padşahın hamı üçün verdiyi fərmanı dinləyin. Musiqi səsini eşidən zaman siz yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə edəcəksiniz. Kim yerə əyilib səcdə etməsə, o saat odla qızmış sobanın içinə atılacaq."

Heç kimin sualı yox idi. Hər şey aydın idi. Heykəlin həsretmə mərasiminə hər kəs gəlməli idi. Yalnız üç nəfər yəhudi kənarda dayanıb səcdə etmədilər. Bu mərasim onların xoşuna gəlmədi. Uzun illər ondan qabaq onları əsir tutub vətənləri olan İsrail ölkəsindən buraya sürgün etmişdilər. Onlar ev-eşiklərini itirsələr də, Allaha olan imanlarını itirməmişdilər.

Bu cavanlar padşahın əmrinə tabe ola bilməyəcəkdilər – bütə əsla səcdə etməyəcəkdilər!

(musiqi səsi) Hamı yerə əyilib heykələ səcdə etdi.

Üç dostdan başqa ... Onların bu davranışı hamının diqqətini cəlb etdi.

İttihamçı: "Ey Padşah, sən əmr etmisən ki, hamı qızıl heykələ səcdə etsin. Amma üç nəfər yəhudi sənə itaət etmir."

Padşah: "Nə? İtaət etmir? Onları bu saat yanıma gətirin!"

(Danielin dostlarını padşahın yanına gətirdilər)

Padşah: "Qızıl heykələ səcdə etməkdən imtina etdiyiniz doğrudur? Sizə son şansı verirəm. İmtina etməyə davam etsəniz, o saat odla qızmış sobaya atılacaqsınız. Allahınızın sizi xilas edə biləcəyini də düşünməyin."

Siz belə vəziyyətdə qalsaydınız, sizin üçün canınızı qorumaqmı, yoxsa Allaha sadiq qalmaqmı önəmli olardı? Danilein üç dostu çox düşünmədi.

Danielin dostu: "Allahımız istəsə, bizi odla qızmış sobadan da xilas edə bilər. Amma O bizi xilas etməsə belə, biz Ona sadiq qalacağıq. Bütə əsla səcdə etməyəcəyik!"

Bu cavan adamlar Allahı hər şeydən çox sevirdilər. Navuxodonosor qeyzləndi.

Padşah: "Sobanı adətən qızdırdığınızdan yeddi dəfə artıq qızdırın və onları odun içinə atın!"

Üç dostu odla qızmış sobaya atdılar. Soba o qədər qızdırılmışdı ki, onları sobaya atan əsgərlər belə, alovdan öldülər.

Padşah diqqətlə odun içinə baxırdı.

Padşah: "Mən odun içində dörd nəfərin gəzdiyini görürəm. Onlardan biri Allaha bənzəyir!"

Padşah sobanın qapısını açdı.

Padşah: "Çıxın və buraya gəlin, uca Allahın qulları!"

Üç adam sağ-salamat odun içindən çıxdı. Başlarındakı saç belə yanmamışdı, hətta odun hisi də onlara hopmamışdı. Allah-Taala onları həqiqətən oddan xilas etmişdir.

Bəs siz, uşaqlar, bu möcüzələr yaradan Allahı tanıyırsınızmı? Hər zaman, hər yerdə Ona sadiq qalın!


Rollar: Aparıcı, padşahın elçisi, ittihamçı, padşah, Danielin dostu

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)