STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 084 (The mysterious dream 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

84. Əsrarəngiz yuxu 2


O gecə padşah Navuxodonosorun yuxusu qaçmışdı. O narahat halda yataqda o yan-bu yana dönürdü. Axırda xidmətçilərindən birini çağırdı. (zəng səsi)

Xidmətçi: "Qoy padşah həmişə sağ olsun! Əlahəzrət nə əmr edəcək?"

Padşah: "Məsləhətçilərimi və sehrbazları çağır, dərhal buraya gəlsinlər!"

(çox adamın danışıq səsləri, ayaq səsləri, sonra sükut)

Padşah: "Mən bir yuxu gördüm. O yuxu məni çox narahat eləyir. Siz yuxumu yozun."

Sehrbazlar: "Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq."

Padşah: "Xeyr, siz özünüz mənə yuxumu danışacaqsınız. Sizə əmr edirəm! Yuxumu mənə danışsanız, sizə böyük mükafat verəcəyəm. Amma danışmasanız, sizi öldürəcəyəm."

Sehrbazlar: "Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq."

Padşah: "Əsassız üzrdür. Siz ancaq vaxt qazanmaq istəyirsiniz."

Sehrbazlar: "Biz yuxu yoza bilərik, amma dünyada elə adam yoxdur ki, padşahın yuxusunu ona danışa bilsin. Padşahın bizdən tələb etdiyi qeyri-mümkün işdir."

Padşah bərk qəzəbləndi: „Sizin hamınızı məhv edəcəyəm!“

Bu hadisə Daniellə dostlarına da təsir etdi. Onları da öldürmək üçün axtardılar. Lakin Daniel qorxmadı. Bu qorxunc əmrin səbəbini eşidəndə evinə getdi və dostlarına belə dedi:

Daniel: "Dua etmək lazımdır. Allahımız hər şeydən agahdır. O bizə padşahın sirli yuxusunu da aça bilər."

Yalnız Allah onlara kömək etməyə qadir idi və O həqiqətən də onlara kömək etdi. Gecə vaxtı Allah Danielə padşahın yuxusunu göstərdi.

Daniel: "Sən gözəl Allahsan. Sənə şükür edirəm! Sən hər şeydən agahsan. Dualarımıza cavab vermisən!"

Daniel xahiş etdi ki, onu padşahın yanına aparsınlar.

Padşah: "Sən doğrudanmı, gördüyüm yuxunu mənə söyləyə bilərsən?"

Daniel: "Padşahın tələbini yerinə yetirə bilən bir adam yoxdur. Ancaq Allah bütün sirləri açmağa qadirdir. Ey padşah, Allah sənə yuxuda gələcəkdə nə olacağını bildirdi. Sən yuxuda böyük bir heykəl görmüsən. Onun görünüşü ehtişamlı idi. Başı xalis qızıldan idi. Həmin baş sənin padşahlığın deməkdir. Padşahlığın bütün padşahlıqlardan qüvvətlidir. Səndən sonra gələcək olan padşahlıqlar daha kiçik olacaqlar. Axırda padşahlıq bölünəcək. Eyni zamanda Allah Öz Padşahlığını quracaq. Allahın Padşahlığının sonu olmayacaq. O əbədi olacaq. Sənin gördüyün yuxu doğrudur."

Padşah: "Həqiqətən, sənin Allahın padşahların Ağasıdır!"

Padşah Navuxodonosor gördüyü yuxunun bu yozumuna heyrətləndi. Danielə çoxlu hədiyyələr verib, onu varlandırdı.

Padşahın ondan sonra nə etdiyini növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, Navuxodonosor, sehrbazlar, Daniel, xidmətçi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:17 AM | powered by PmWiki (pmwiki-2.2.109)