Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 019 (Who is the true God 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

19. Əsl Allah kimdir 4


Padşah Axavın İlyasa acığı tutdu.

Axav: “Nə vaxtdandır yağış yağmamasında təqsir bu peyğəmbərdədir!”

Axav hirsindən partlayırdı. Məgər o, bu quraqlığın onun Allahı unutması üzündən baş verdiyini unutmuşdumu?

Üstündən üç il keçmişdi. Bu illərdə bir damcı yağış yağmamışdı. Axır ki, İlyas padşah Axavın yanına getdi.

İlyas: “Ey padşah Axav, yağışın yağmasını istəyirsənsə, bütün xalqı və Baala pərəstiş edən kahinləri bir yerə yığ. Karmel dağında görüşək. Orada kimin əsl Allah olduğunu görəcəyik: Rəbb, yoxsa Baal.”

Axav İlyasın dediyi kimi etdi.

Ertəsi günün səhəri bütün xalq dağa çıxdı. Burada nə baş verəcək? İlyas camaata səsləndi:

İlyas: “Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Kimə xidmət edəcəyinizi bu gün qərara alın: Rəbb Allaha, yoxsa Baala.”

Xalq dinmirdi. Hamı İlyasın qurbangah qurduğuna və üstünə qurbanlıq heyvanı qoyduğuna baxırdı. Baalın kahinləri də eyni şeyi edirdilər.

İlyas: “Dayanın! Od vurmayın! Hər kəs öz allahına dua edəcək. Əsl Allah, odla cavab verən olacaq.”

Baalın pərəstişkarları dərhal onu çağırmağa başladılar. Saatlarla çağırdılar. Ancaq göydən heç səs-soraq çıxmadı. İlyas onları lağa qoydu:

İlyas: “Ha-ha! Onu uca səslə çağırın. Bəlkə allahınız yatıb, yaxud səfərdədir?!”

İlyas qurduğu qurbangahın üstünəki odunlara su tökəndə ortalıq sakitləşdi. Yaş odun yanmır axı!

İlyas uca səslə və bütün ürəyi ilə dua etdi:

İlyas: “Ya Rəbb Allah, bu gün xalqına göstər ki, İsrailin Allahı Sənsən, mən də Sənin qulunam.”

Oho! Qəflətən göydən od düşüb qurbanı, odunları, daşları və hətta suyu belə, yandırıb-yaxdı! Hər şey yandı. İnsanlar heyrət içində üzüstə düşüb bir ağızdan qışqırdılar:

Xalq: “Rəbb Allahdır! Rəbb Allahdır!”

İndi xalq buna əmin idi və Baalın kahinlərinə ədalətli cəza verildi – onların hamısı öldürüldü.

Rəbb Allahdır! İlyas bir daha Ona dua etdi və üfüqdə qara buludlar göründü. İlk damcılar yerə düşdü. Yeganə yaşayan Allah İsrailə yenə yağış yağdırdı.


Rollar: Aparıcı, Axav, İlyas, xalq

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)