STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 138 (An awful accident 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

138. Bədbəxtlik 1


Şəhərdə vəziyyət gərgin idi. Gülən, mahnı oxuyan yox idi. Hamı qorxu içində idi.

Dayə: "Ümidvaram ki, bu qorxunc müharibə tezliklə bitəcək."

Qadın: "Görəsən, padşah Şaul düşmənə qalib gələ biləcəkmi?"

Şəhərin divarındakı keşikçilər şəhərə tərəf qaçan adamı gördülər. O, cəbhədən xəbər gətirirdi. Şad xəbər gətirmədiyini üzündən oxumaq mümkün idi.

Padşahın elçisi: "Düşmən cəbhə xəttini keçib. Padşah Şaul və şahzadə Yonatan ikisi də ölüblər. Tez olun, qaçın! Canınızı xilas edin!"

Hamı təşvişə düşdü və şəhərdən qaçdı.

Bu, xüsusilə Mefiboşet üçün dəhşətli gün idi. Onun yalnız beş yaşı olsa da, o, hər şeyi yaxşı başa düşürdü. Atası şahzadə Yonatan ölmüşdü.

Atası artıq heç vaxt evə gəlib onu qucaqlamayacaq, onu ox atmağa aparmayacaq, ona hekayə danışmayacaq. Mefiboşet için-için ağladı.

Uşağa artıq dayəsi baxmağa başladı.

Dayə: "Gəl, canım, Mefiboşet, biz getməliyik. Vaxt itirmək olmaz."

Onlar saraydan tələsik çıxdılar. O vaxt bədbəxtlik üz verdi.

Mefiboşet: "Vay! Vay, ayağım!"

Mefiboşet çox pis yıxıldı və artıq yeriyə bilmədi. Təsəvvür edin ki, bu hadisə üzündən o, hər iki ayağından şikəst oldu. O gün onun həyatının ən kədərli günü idi. Əvvəl atasının ölüm xəbəri gəldi, sonra onlar qaçmağa məcbur oldular və axırda bu hadisə baş verdi. Uşaq evsiz qaldı.

Bir müddət sonra qaçanlar Lo-Devara çatdılar. Lo-Devar "önəmsiz, qiymətsiz" deməkdir. Mefiboşet özünü məhz belə hiss edirdi. Həyatı birdən ona qiymətsiz, lazımsız kimi göründü. O artıq heç nəyə layiq olmadığını düşündü.

Sən də özünü arada önəmsiz hiss edirsənmi? Sinfin ən yaxşı şagirdi deyilsən, idmanda qalib gəlmirsən və sənə elə gəlir ki, hamı səndən yaxşıdır və hamını səndən daha çox sevirlər.

Mefiboşeti anlaya bilirsənmi? O Lo-Devarda illərlə belə yaşamışdır.

Atasının ən yaxın dostu Davud İsrailin padşahı olmuşdur. Bir dəfə padşah Davud sarayında gəzəndə dərin fikrə getmişdir.

Davud: "Qulaq as, Siva, sadiq xidmətçim, Şaul nəslindən sağ qalan kimsə varmı?"

Siva: "Bəli, Yonatanın iki ayağından şikəst bir oğlu var – Mefiboşet."

Davud: "İndi o haradadır?"

Siva: "O, Lo-Devarda yaşayır."

Padşah Davud nə etmək istəyirdi? Bunu sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, dayə, qadın, padşahın elçisi, Mefiboşet, Davud, Siva

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 02:01 PM | powered by PmWiki (pmwiki-2.3.3)