STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 137 (The destination indicator 5)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

137. Yol işarəsi 5


Qız: "Həyat məktəbi, 4-cü dərsdəyik. Bu günkü mövzumuz istiqamət göstəricisi."

(yol hərəkəti səs-küyü)

Lalə: "İndi hansı tərəfə gedək?"

Şəbnəm: "Necə də ağılsızlıq eləmişəm! Xəritəni evdə qoymuşam."

Lalə (narazı tonla): "Afərin sənə! Bəs biz indi nə edək?"

Şəbnəm: "Orada bir istiqamət göstəricisi var."

Maraqlıdır, qızlar axırda istədikləri yerə çata bildilərmi? Yaxşı ki, yolda istiqamət göstəriciləri olur. Təkcə yol hərəkəti üçün deyil, həyatımız üçün də istiqamət göstəriciləri vardır. Ay uşaqlar, siz bilirdinizmi ki, Allah bizim üçün göstərici nişanlar qoymuşdur?

Oğlan: "Bəs onların görünüşü necədir?"

Əlləri, ayaqları, qulaqları var, ağzı var. Filip kimidirlər. Filip, Allaha aparan yeganə yolu bilirdi və yaxşı başa salmağı bacarırdı. O, İsaya aparan yolu çox adama göstərmişdir.

Mələk: "Filip, cənuba doğru get, Yerusəlimdən Qəzzəyə gedən yola çıx."

Filip Allah üçün lazım idi. Sən də Allah üçün lazımsan. Yolu bilən adamlar Ona lazımdır. Sən İsa üçün “istiqamət göstəricisi” olmaq istəyirsənmi?

Filipdən çox öyrənmək olar. O "oraya getməyə həvəsim yoxdur" demədi.

Filip dərhal Allaha itaət etdi. Tozlu yolda çox uzun dayanmamışdı ki, Həbəşistan kraliçasının maliyyə nazirinin mindiyi ehtişamlı arabanın keçdiyini gördü. Nazir Yerusəlimdə Allaha səcdə etmək üçün 200 kilometrdən çox yol qət etmişdi. Məbəddə o özünə çox bahalı bir tumar satın almışdı. Həmin tumar Müqəddəs Kitab idi. İndi qayıdan yolda tumarı ucadan oxuyurdu.

Filip arabaya yaxınlaşdı.

Filip: "Oxuduğun sözləri anlayırsanmı?"

Həbəşli: "Xeyr. Mənə bunların mənasını izah edəcək heç kəs yoxdur. Sən gəl, yanımda əyləş və mənə izah et."

Filip: "İsa haqqında oxuyursan. Allaha aparan yeganə yol İsadır. Ona iman et və O səni həm bu həyatda, həm də axirətdə istədiyin yerə çatdıracaq."

Həbəşli: "Mən İsanın Allahın Oğlu olduğuna inanıram."

Filip İsaya işarə edən bir istiqamət göstəricisi idi. Maliyyə naziri də onun göstərdiyi istiqamətə getdi.

Həbəşli adamın ürəyi doğru yolu tapdı. O sevinə-sevinə evə qayıtdı. Onun haqqında bildiyimiz bu qədərdir.

Mən ümid edirəm ki, siz də Allaha aparan yeganə yolu tanıyırsınız və öz ailənizdə, sinfinizdə, dostlarınızla münasibətlərinizdə həmişə İsa üçün istiqamət göstəricisi olmağa çalışırsınız. Bəlkə, bir gün siz öz ölkənizdə İsanın yolunda xidmət edərsiniz, axı ölkənizdə İsa üçün istiqamət göstəricilərinə çox böyük ehtiyac var. Bəlkə də Afrikada, yaxud Asiyada xidmət edərsiniz.

Çünki yolu bilməyən milyonlarla insan üçün istiqamət göstəriciləri lazımdır. O insanlar İsanın Allaha aparan yeganə yol olduğunu heç vaxt eşitməyiblər.


Rollar: Aparıcı, oğlan, qız (və Lalə), Şəbnəm, mələk, Filip, həbəşli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:36 AM | powered by PmWiki (pmwiki-2.2.109)