Home -- Azeri -- Perform a PLAY -- 139 (The King’s invitation 2)
139. Padşahdan dəvət 2
Padşahın arabası Lo-Devarın küçələrindən keçirdi. Pərdələri çəkilmiş, pəncərələr açıq idi. Camaat ona maraqla tamaşa edirdi.
Qadın: "Padşahın elçiləri Lo-Devara gəliblər! Nə əcəb?"
Qonşu: "Görəsən, kimə qonaq gəliblər? Şəhərin başçısınamı?"
Camaatın gözlədiyindən fərqli olaraq, ehtişamlı araba Mefiboşetin yaşadığı evin qabağında dayandı.
Padşah Davud onu dəvət etmişdi. Mefiboşet buna inana bilmirdi. Hamı tərəfindən unudulmuş, rədd edilmiş, şikəst oğlanı padşah nə üçün dəvət edər? O, heyrətə düşdü.
Ancaq siz ona qibtə etməməlisiniz, uşaqlar. Axı siz də bir Padşahdan dəvət almısınız. Əbədi saleh Padşah İsa sizi dəvət edir. O, şahların Şahıdır! Mefiboşet padşah Davudun dəvətini qəbul etdiyi kimi, siz də Padşah İsanın dəvətini qəbul edin. Özünüzü önəmsiz saymayın.
Şikəst oğlan padşahın hüzuruna gətirildi.
Davud: "Mefiboşet, qorxma. Mən sənə xeyirxahlıq etmək istəyirəm."
Mefiboşet: "Amma mən buna layiq deyiləm."
Davud: "Sənə torpaq verirəm. Xidmətçilərim oranı əkib-biçəcəklər. Lakin torpaq sənin olacaq."
Padşah Davud Mefiboşeti dəvət etməklə yanaşı ona çoxlu hədiyyələr verdi.
Əbədi Padşah İsa səni dəvət edir və sənə hədiyyələr vermək istəyir.
Onun hədiyyələri çox qiymətlidir: bağışlama, sevinc, sülh, əbədi həyat ... hər şeyi sadalamaq qeyri-mümkündür. İsanın yanına gəl və O sənə xeyir-dua verəcək.
Mefiboşet padşahın dəvətini və xeyirxahlığını qəbul etdiyinə heç vaxt peşman olmamışdır. Və yaxşısı hələ qabaqda idi.
Davud: "Mefiboşet, gəl, mənim yanımda yaşa."
Bizim gözlə görünməz Padşah İsa da belədir. O istəmir ki, sən yalnız bazar günləri Onun hüzuruna gələsən. O sənin hər gün Onunla birgə yaşamağını istəyir. Sən də bunu istəyirsənmi? Ürəyində və düşüncələrində hər vaxt Onunla olmaq istəyirsənmi?
İsa sənin həyatında da hökmran olacaq. Mən İsadan yaxşı bir padşah tanımıram. Padşah Davudun dəvəti Mefiboşetin həyatını tamamilə dəyişdirmişdi.
Bu gün Rəbb İsanın dəvəti sənin həyatını tamamilə dəyişdirə bilər.
İsa səni dəvət edir və sənə xeyirxahlıq etmək istəyir. Sənin hər vaxt Onunla birgə olmağını istəyir.
İsanın dəvətini qəbul et. Sən İsaya dua edərək cavab verə bilərsən. O səni eşidəcək.
Rollar: Aparıcı, qadın, qonşu, Davud, Mefiboşet
© Müəlliflik hüququ: CEF Germany