STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 140 (Dream job 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

140. Arzuolunan iş 1


Ehtiyatlı ol, çay istidir (çay stəkanında qaşıq səsi).

Hadson az qalmışdı ki, dilini yandırsın. Bundan 150 il əvvəl İngiltərədə yaşayan Hadsonlar ailəsi ənənəvi çay saatına riayət edərdi. Bu, ailə üçün xüsusi bir vaxt idi.

Çay saatında ata həmişə uşaqlara uzaq Çin ölkəsindən danışardı. Bir dəfə o lap ciddi görkəm alıb dedi:

Ata: "Heç cürə anlaya bilmirəm, niyə Çinə daha çox müjdəçi getmir? Axı milyonlarla çinlilər İsa haqqında heç vaxt eşitməyiblər."

Hadson: "Ay ata, mən istəyirəm, böyüyəndə müjdəçi olam və Çinə gedəm."

Ata-ana beş yaşlı oğlunun bu sözlərinə güldülər. Hadson tez-tez xəstələnən zəif uşaq idi. Valideynləri onun heç vaxt müjdəçi ola bilməyəcəyini düşünürdülər. Məktəbə belə gedə bilməyən Hadson evdə oxuyurdu, anası onunla dərs keçirdi.

Hadson çox oxuyan uşaq idi.

Hadson: "Heyf ki, gecə vaxtı yatağımda kitab oxuya bilmirəm. Çünki ana həmişə lampanı başqa yerə aparır... Gərək iki-üç dənə köhnə şam tapam."

O axşam Hadson gizlicə bir neçə şam götürüb cibinə qoymuşdu və artıq yatmağa getməyə hazırlaşırdı. Lakin onun bəxti gətirmədi, evdə qonaqlar var idi və onlardan biri Hadsonu qucağında oturtdu. Özü də buxarının yanında oturmuşdu. Buxarının istisindən Hadsonun cibindəki şamlar əridi. O dəqiqələr uşağa çox uzun gəldi.

Ana: "Hadson, yatmaq vaxtıdır."

Hadson: "Gecən xeyrə qalsın!"

Sonra anası Hadsonun ciblərinin ərimiş mumla dolu olduğunu gördü! Hadson anasının arxasından iş çevirdiyinə peşman idi. Ondan sonra heç vaxt belə hərəkət etmədi.

Oğlan kitab oxumaqla yanaşı bacısı Ameliyaya sataşmağı da xoşlayırdı. Ancaq onlar çox vaxt yaxşı yola gedirdilər, həşəratlara və quşlara birgə tamaşa edirdilər.

On üç yaşında Hadson əczacılıqla məşğul olmağa və gələcək üçün böyük planlar qurmağa başladı.

Lakin bir gün bayram vaxtı onun həyatı tamamilə dəyişdi. Hadson bir məsihçi kitabı oxuyub İsanın onu çox sevdiyini, onun uğrunda ölüb dirildiyini anladı.

Hadson: "Ya Rəbb İsa, məni sevdiyinə görə Sənə şükür edirəm. Sənə məxsus olmaq və Sənin hər istəyini, hər əmrini yerinə yetirmək istəyirəm. Amin."

Bu duanı etdikdən sonra oğlan hiss etdi ki, İsa ona belə dedi: "Sən Çinə gedəcəksən və Çində Mənə xidmət edəcəksən."

Hadsonun beş yaşı olanda, ən böyük arzusu müjdəçi olmaq idi.

17 yaşı tamam olanda isə o, gələcəyə hazırlaşmağa başladı.

Bəlkə də, onun hazırlaşması sizi də həvəsləndirər, uşaqlar.

Növbəti verilişdə siz Hadson Teylor haqqında daha çox öyrənəcəksiniz. Növbəti verilişi buraxmayın!


Rollar: Aparıcı, ata, Hadson, ana

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)