STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 157 (Esther risks her life 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

157. Ester – Esther öz həyatını təhlükəyə atır 2


Haman bədxah olmaqdan əlavə çox qürurlu bir adam idi. Böyük Fars padşahı Axaşveroş onu padşahlığında ikinci ən güclü adam olaraq təyin etmişdi. Hamı ona baş əyib qarşısında təzim edirdi. Ancaq mələkə Esterin ögey atası Mordokay Hamana baş əyərək təzim etmirdi. Haman qəzəbindən partlayırdı.

Haman: "Sən padşahın əmrinə əməl etməkdənmi imtina edirsən? Niyə mənə baş əyib təzim etmirsən?"

Mordokay: "Çünki mən yəhudiyəm və yalnız Allaha baş əyirəm!"

Haman: "Sən buna peşman olacaqsan!"

Haman özünü təhqir olunmuş hiss edir və ürəyində şeytani plan qururdu.

Haman: "Mən onu öldürəcəyəm, ancaq təkcə onu yox, Farsın 127 vilayətində yaşayan bütün yəhudiləri məhv edəcəyəm. Onların kökünü kəsəcəyəm!"

Haman padşaha yəhudilər haqqında pis şeylər danışdı və padşahı inandırmağı bacardı və çox pul vəd edərək padşahın ona razılıq verməyinə nail oldu. Ondan sonra Haman istədiyini etməkdə sərbəst idi.

O, ən sürətli atlarla hər şəhərə möhürlənmiş məktub aparan qasidlər göndərdi. Onun qorxunc fərmanı hər yerdə oxundu, car çəkildi.

Qasid: "Padşahın adı ilə əmr olunur. 13 dekabrda kişili, qadınlı, uşaqlı bütün yəhudilər öldürüləcək. Heç biri sağ qalmasın! Hamısını məhv edin və bütün əşyalarını əllərindən alın!"

Xalq bu fərmanı qorxu və dəhşət hissləri ilə qarşıladı. Yəhudilər matəm geydilər və Allaha fəryad etdilər.

Mordokay dərhal saraya xəbər göndərib əmisi qızı Esterdən imdad dilədi. Çünki bu vəziyyətdə kömək edə biləcək yeganə şəxs mələkə Ester idi.

Mordokay: "Ester, sən padşahın yanına getməlisən! Bizim üçün yalvarıb mərhəmət istəməlisən."

Ester: "Mən bunu edə bilmərəm. Heç kəs padşahın çağırışı olmadan onun yanına girə bilməz. Mən də çağırılmadan onun yanına girsəm, ölə bilərəm."

Mordokay: "Susma, Ester! Bəlkə elə bu gün üçün sən mələkəliyə çatmısan – bizi xilas etmək üçün?"

Ester: "Siz mənim üçün dua edin. Mən padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm!"

İsa da Ester kimi həyatını fəda etməyə hazır idi. Xilas olmamız və əbədi həyata nail olmamız üçün ölməyə hazır idi.

Ester ən gözəl paltarını geyinib həyəcanla içəri həyətə girdi, padşahın taxtına sarı getdi. Ürəyi döyünürdü. Padşah onun gəldiyini gördü. Görəsən, padşah mələkəni qəbul edəcəkmi, yoxsa ...

Mən sizə bunu növbəti verilişimizdə danışacağam.


Rollar: Aparıcı, Haman, Mordokay, Ester, qasid

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:01 AM | powered by PmWiki (pmwiki-2.3.3)