STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 158 (Reward for M. 3)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

158. Mordokayın mükafatı 3


Mələkə Ester çox cəsur idi. Fars padşahının çağırışı olmadan yanına girdi. Bununla o, həyatını təhlükəyə atmış oldu. Ancaq öz doğma yəhudi xalqını xilas etmək üçün bu təhlükədən belə, qorxmadı.

Padşah Axaşveroş taxtında oturmuşdu. Esterin girdiyini görəndə qızıl əsasını ona tərəf uzatdı – bu deməkdi ki, o, Esterə lütf göstərir.

Padşah: "Mələkə Ester, nə üçün gəlmisən? İstəyin nədir?"

Ester: "Padşahım, lütfən bu gün Hamanla birlikdə mənimlə yeməyə gəlin."

Padşah: "Ey xidmətçi, Hamanı tez buraya gətir. Mələkə bizi yeməyə dəvət edib."

Ester onlar üçün dadlı yeməklər bişirdi.

Padşah: "Mələkə Ester, arzun nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm."

Ester: "Lütfən, sabah yenə Hamanla birlikdə mənimlə yeməyə gəlin. Onda mən padşaha arzu-istəyimi bildirəcəyəm."

Heç nədən xəbəri olmayan Haman o axşam əhvalı xoş evə qayıtdı, dostlarını və arvadını çağırtdırıb onların önündə öyündü.

Haman: "Padşahlıqda hamıdan üstün mövqe mənimdir. Mələkə padşahla bərabər yeməyə məni dəvət eləyib. Yalnız məni! Sabah bir daha yeməyə dəvətliyəm. Məni əsəbiləşdirən ancaq bir nəfər var: mənə baş əyib təzim etməyən Mordokaydır!"

Qadın: "İndi sən onu belə qoyacaqsanmı? Bu yəhudini dar ağacından asdır!"

Ester Hamanın ögey atası üçün 25 metrdən də hündür böyük bir dar ağacı düzəltdiyini görməmişdi. Lakin Allah hər şeyi görür və hər şey üzərində hökmranlıq edir. Buna görə Allah o gecə padşah Axaşveroşun yuxusunu qaçırtdı.

Padşah: "Ey xidmətçi, yuxum qaçıb, yata bilmirəm. Salnamələr kitabını gətir görüm. Bu yaxınlarda baş verən hadisələri mənə oxu görüm."

Salnamələr kitabında Mordokayın padşaha qarşı hazırlanan sui-qəsdin qabağını aldığı barədə yazılmışdı.

Padşah: "Buna görə Mordokaya hansı mükafat verildi?"

Xidmətçi: "Buna görə ona heç nə edilməyib."

Ertəsi gün Haman saraya gəldi. Mordokayı dar ağacından asdırmaq üçün padşahdan icazə almaq niyyətində idi.

Padşah: "Ay Haman, padşahın şərəfləndirmək istədiyi adama nə verməliyəm?"

Padşahın onu mükafatlandırmaq istədiyinə əmin olan Haman belə dedi.

Haman: "Padşahın geyindiyi şahlıq libası ona geyindirilsin və onu padşahın atlarından birinə mindirsilər və şəhər küçələrində gəzdirsinlər. Padşahın bir xidmətçisi onu gəzdirib qarşısında car çəkərək desin: Padşah istədiyi adamı bu cür şərəfləndirir."

Padşah: "Sən bunu Mordokaya edəcəksən, Haman!"

Hamanın üzünün rəngi qaçdı.

Müqəddəs Kitabda yazılmış bu hekayənin ardını növbəti verilişdə eşidəcəksiniz.


Rollar: Aparıcı, padşah, Ester, Haman, qadın, xidmətçi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)