Home -- Azeri -- Perform a PLAY -- 132 (Fish and questions at breakfast)
132. Balıq yeyərkən verilən suallar
Hər şey çox sürətlə baş vermişdi. O vaxt qəzetlər olsaydı, 33-cü ilin Pasxasında ön səhifələrdə belə başlıqlar olardı.
Kişi oxucu: "İsa öləndə gündüz vaxtı qaranlıq çökdü."
Qadın oxucu: "Ölülər dirildilər, şəhərə gəldilə."
Kişi oxucu: "Qayaları parçalayan zəlzələ."
Qadın oxucu: "Yüzbaşı İsanın Allahın Oğlu olduğunu təsdiqləyir."
Kişi oxucu: "İsanın son sözləri: Tamam oldu!"
Qadın oxucu: "Ön səhifədə böyük hərflərlə yazılıb: Qəbri boşdur!"
Bu xəbərləri "Yerusəlim Taymz" qəzeti yaymışdırmı? Xeyr. İncil Kitabı bu hadisələri öz gözləri ilə görənlərdən bizə çatdırır və bunları siz özünüz oxumalısınız.
İsanın qəbri boşdur. İsa yaşayır! Dirilməsindən sonra O, şagirdlərinə göründü. Onlar hələ qorxu içində yas tuturdular. Lakin İsanı görəndə çox sevindilər.
Ondan sonra Peterlə o biri şagirdlər Yerusəlimi tərk edib Qalileyadakı evlərinə qayıtdılar.
Peter: "Mən balıq tutmağa gedirəm."
Yəhya: "Biz də səninlə gedirik."
Axşamüstü Qalileya dənizinə getdilər. Bütün gecəni çalışdılar, amma bir dənə də olsa, balıq tuta bilmədilər. Səhər açılanda İsa sahilə gəldi. Şagirdlər Onu gördülər, amma tanımadılar.
İsa: "Yeməyə bir şeyiniz varmı?"
Yəhya: "Yox."
İsa: "Toru qayığın sağ tərəfinə atın." (su şappıltısı)
Peter: "Tor balıqla dolub!"
Yəhya: "Bu, Rəbb İsadır!"
Onlar sahilə yaxın bir yerdə - təqribən 100 metr məsafədə idilər. Tutduqları balıqları sayanda 153 dənə çıxdı.
İsa: "Gəlin, səhər yeməyi yeyək!"
Çörəklə qızardılmış balıq hazır idi. İsa diriləndən sonra üçüncü dəfə idi ki, dostlarına görünürdü. Peterin vicdanı narahat idi. İsanı tanıdığını üç dəfə inkar etdiyini düşünürdü. Yeməkdən sonra İsa Peterlə ikilikdə söhbət etdi.
İsa: "Ey Peter, Məni sevirsənmi?"
Peter: "Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən."
İsa: "Ey Peter, Məni sevirsənmi?"
Peter: "Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən."
İsa: "Ey Peter, Məni sevirsənmi?"
Peter İsanın ona bu sualı üç dəfə verməyinə kədərləndi.
Peter: "Ya Rəbb, Sən hər şeyi bilirsən. Səni sevdiyimi bilirsən."
Sən də İsanın sənə bu gün verdiyi bu suala belə cavab verərsənmi?
İsa Peteri bağışladı. Kimə çox bağışlanıbsa, o, İsanı çox sevir!
Rollar: Aparıcı, kişi oxucu, qadın oxucu, Peter, Yəhya, İsa
© Müəlliflik hüququ: CEF Germany