Home -- Azeri -- Perform a PLAY -- 133 (School of life 1)
133. Həyat məktəbi 1
Həyat məktəbinə xoş gəlmisiniz! Bizimlə olduğunuza çox şadıq.
Qız: "Bizə qoşulun, məktəbimiz çox maraqlıdır."
(küçədəki səs-küy: təkərlərin cırıltısı, maşın siqnalı, velosiped zəngləri ...)
Oğlan və qız növbələşərək: "Yol verin – Dayanmaq qadağandır – Təhlükəli döngə – Döngənin istiqamətini göstərən ağ və qırmızı oxlar – Mən haradayam? Haraya getməliyəm? – STOP nişanı: "Dayanmadan keçmək qadağandır" – Diqqət: sürüşkən yol."
Bir çox nişanlar və hamısı bir-birindən fərqlidir. Yol kənarında olan nişanlar çox önəmlidir. Hərəkətinizə mane olmaq, yaxud sizi əsəbiləşdirmək üçün deyil, sizi qorumaq və getdiyiniz yerinizə çatmaqda sizə kömək etmək üçündür.
Allah da Müqəddəs Kitabda həyat yolunuzda "nişanlar" qoymuşdur. Onun əmrləri bizi əsəbiləşdirmək üçün deyil, həyatımızı qorumaq üçündür. Onun qaydalarına əməl edən hər kəs yolunun sonuna sağ-salamat çatacaqdır.
Qız: "Bizə qoşulun, uşaqlar, bizimlə birgə həyat məktəbinə daxil olun!"
Oğlan: "Testi keçəcəyinizə əminəm."
Həyat yolunda səyahət həyəcan doludur.
İki yol vardır və biz bunlardan yalnız birini seçə bilərik. Müqəddəs Kitab bir yol xəritəsi kimidir. Hansı yolla getdiyimizi bizə göstərir.
Oxucu: "Dar qapıdan girin. Çünki həlaka aparan qapı enlidir. O yolu çoxları seçirlər. Əbədi həyata aparan qapı isə dar və yol düzdür. O yolu seçənlər azdır."
Müqəddəs Kitab yol nişanı kimidir. O bizə göstərir ki, İsa Məsih Allaha aparan yeganə yoldur.
Oxucu: "İsa belə deyir: Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bliməz" (Yəhya Müjdəsi 14:6).
Biz həyat yolumuzda çətinliklərlə üz-üzə gələndə və sanki qaranlıq bir tuneldən keçərək çıxış yolunu görməyəndə, Müqəddəs Kitaba baxa bilərik, çünki bu Kitab işıq kimidir, qaranlıqda parlayan fənər kimidir.
Rəbb İsa həyat məktəbində ən yaxşı Müəllimimizdir. O bu həyatdan səninlə birlikdə keçmək istəyir. Sən ruhdan düşmüsənsə, yaxud qəza keçirmisənsə, İsa hələ də səninlə olacaq və səni əsla tərk etməyəcək. O bunu vəd etmişdir.
Oxucu: "Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən" (Zəbur 50:15).
Fövqəladə halda ən yaxşı çarə duadır. Bunu sınayın!
Sizə həyat yolunuzda yaxşı yol deyirəm!
STOP! Səyahətimiz növbəti verilişdə davam edəcək.
Rollar: Aparıcı, qız, oğlan, oxucu
© Müəlliflik hüququ: CEF Germany