STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 131 (The death penalty for God’s Son)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

131. Allahın Oğlu üçün ölüm cəzası


Hakim ölüm cəzasını verməyə hazır idi. Cəllad əmri gözləyirdi. Rəbb İsa düşmənlərinə təslim edilmişdi.

Allahın Oğluna tüfürdülər, üzünə vurdular, qamçıladılar.

Döyülmələr bizə cəzanı xatırladır. İsa əsla cəzaya layiq olmamışdır. Onun heç bir günahı, təqsiri yox idi. Amma Onu qorxunc şəkildə edam etdilər.

Qamçılardan qanayan belində ağır taxta çarmıxı yükləmiş, Yerusəlimin küçələrindən daşıyırdı.

Şəhərdən kənarda, Qolqofa adlı bir təpədə rəhmsiz əsgərlər İsanı biri sağında, biri solunda iki quldur arasında çarmıxa mıxladılar.

Çarmıxda ölmək dəhşətli idi. İsa dözülməz baş ağrısından əzab çəkir, susayır, nəfəsi çatışmırdı. Onu qorxu hissi bürüyürdü.

Bundan əlavə, düşmənləri Onu ələ salırdılar.

Rişxəndçi: "Bura bax, Sən həqiqətən Allahın Oğlusansa, çarmıxdan aşağı düş!"

Əsgər: "Yəhudilərin Padşahısansa, Özünü xilas et!"

İsa Özünü xilas etmək istəsəydi, heç əvvəldən göydən yerə enməzdi.

O bizi xilas etmək üçün gəlmişdir, çünki O bizi sevir. İsa düşmənlərini belə, sevir.

İsa: "Ey Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər."

Üç çarmıxı təsəvvür edin. Ortadakı çarmıxa İsa çəkilmişdir, sağında və solunda quldurlar asılmışdır. İsa sanki onlara əllərini uzadır.

Quldur (acıqla): "Sən guya vəd olunmuş Xilaskarsan. Onda Özünü də, bizi də xilas et!"

Qatil: "Səsini kəs. Yoxsa sən Allahı unutmusan? Biz əməllərimizə layiq olan cəzanı çəkirik, O isə heç bir haqsızlıq etməyib. Ya Rəbb İsa, Öz Padşahlığına gələndə məni xatırla."

İsa: "Sənə doğrusunu deyirəm, bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan."

Qatil günahını etiraf etmişdi və buna görə cənnətə gələ bilirdi.

O, həqiqəti söylədi: biz hamımız təqsirkarıq. Lakin İsa bizi bağışlayır və həmişə biz, günahkarlara əllərini uzadır.

Bir daha üç çarmıxı təsəvvür edin. Ortadakı çarmıxa İsa çəkilmişdir, sağında və solunda iki quldur asılmışdır. Quldurlardan biri İsaya iman etdi, o biri isə Onu ələ saldı. Biri xilas oldu, o biri isə həlak oldu. Bəs sən hansı tərəfdəsən?

İsa sənə də əllərini uzadır. Onun məhəbbəti sənin təqsirlərindən böyükdür.


Rollar: Aparıcı, rişxəndçi, əsgər, İsa, qatil, quldur

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:29 AM | powered by PmWiki (pmwiki-2.2.109)