STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 102 (Out in the open 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

102. Yanıb qurtarmayan kolun sirri 2


Köprənin sağ qalması Allahın bir möcüzəsi idi. Firon bütün israilli oğlan körpələrinin Nil çayına atılmasını əmr etmişdi. Lakin fironun öz qızı, şahzadə Nildə bir səbətin içində körpəni tapanda ona yazığı gəldi. Şahzadə körpəni anasına verdi ki, bir neçə il ona baxsın.

Musa (uşaqlıqda): "Ay ana, niyə mən artıq sənin yanında qala bilməyəcəyəm? Sən də mənimlə gəl, nə olar."

Ana: "Canım, mən səninlə gələ bilməyəcəyəm. Lakin həmişə sənin haqqında düşünəcəyəm."

Musa (uşaqlıqda): "Amma mən səninlə qalmaq istəyirəm."

Bir gün Musa istər-istəməz anasından ayrılmağa məcbur oldu.

Şahzadə oğlanı övladlığa götürüb adını Musa qoydu.

Musa ən yaxşı məktəblərdə oxudu, çox elm öyrəndi. O həmişə ən yaxşı, ən şərəfli yerdə idi. Musa böyüyəndə çox varlı bir adam oldu.

Lakin o, Allahın xalqından – 300 ildən çox Misirdə kölə olan xalqından olduğunu heç vaxt unutmamışdı.

Musa: "Mən padşahın oğlu sayılıram. İstədiyim hər şey var. Varım, dövlətim çoxdur. Lakin bunun nə faydası var? Ürəyimdə hiss edirəm ki, öz xalqıma kömək etməliyəm."

Musa könüllü olaraq Allah yolunda hər şeydən əl çəkdi. Şərəf əvəzinə təhqir görməyə, şahzadə əvəzinə qul olmağa razı idi.

Beləliklə, Musa padşah sarayından çıxdı. Günlərin birində bir misirlinin israilli bir adamı döydüyünü gördü. Hər tərəfə göz gəzdirib heç kəsin onları görmədiyinə əmin olduqdan sonra Musa misirlini vurub öldürdü və cəsədini səhra qumunda basdırdı.

Allah istəyirdi ki, Musa xalqını köləlikdən azad etsin, ancaq bu yolla yox!

Musanın bir misirli öldürməsi gizli qalmadı. Bu xəbər tezliklə bütün ölkəyə yayıldı. Firon bunu öyrəndiyi zaman Musanı öldürməyi qərara aldı.

Musa başqa ölkəyə qaçmağa məcbur oldu. Bununla iş qurtardımı? Musa kimi bir cinayətkar Allahın yolunda xalqını azad etməyə qadir ola bilərdimi?

(qoyun mələşməsi) Musa 40 il başqa adamın qoyunlarını otardı. Sürüləri otlaq yerlərə aparanda düşünməyə çox vaxtı var idi.

Musa Allahı unutmadı, Allah da onu unutmadı.

Günlərin birində Musa heyranedici bir şey gördü.

Musa: "İnanılmaz! Bu, mümkün deyil. Kol hey yanır, yanıb-qurtarmır. Nə qəribə işdir! Yanıb-qurtarmır ..."

Yanıb-qurtarmayan kolun sirri haqqında növbəti verilişimizdə danışacağıq.


Rollar: Aparıcı, Musa (uşaqlıqda), ana, Musa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:26 AM | powered by PmWiki (pmwiki-2.2.109)