STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 081 (Man over board 1)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

81. Dənizə atılan adam 1


Gəlin, uşaqlar, şəhərin maraqlı yerlərini nəzərdən keçirək!

Oğlan: "Gör, necə gözəl qaladır. Mən qüllələrə baxmaq istəyirəm."

Qız: "Mənsə kitabxanaya getmək istəyirəm. Orada saatlarla otura bilərəm."

Oğlan: "Şah sarayıdır. Bəh-bəh, nə gözəldir!"

Qız: "Mən zooparka gedəcəyəm."

Oğlan: "Qohum-əqrəbanla görüşməyə?" (gülüş səsi)

Yüzlərlə il bundan əvvəl Allah bu şəhərə baxırdı. Şəhərin xarici gözəlliyi Allaha heç təsir etmirdi. Allah bu gözəlliyin arxasında gizlənən kini, nifrəti, xəyanəti və qatilliyi görürdü. Bu şəhərin sakinləri Allah yoxmuş kimi, Allahın müqəddəs qanununu saymadan həyat sürürdülər. Bu şəhərin sakinləri Yaradanı yaddan çıxartmışdılar. Bundan pis bir vəziyyəti təsəvvür etmək qeyri-mümkündür.

Bəs Allah sənin həyatına baxanda nə görür?

Allah müqəddəs olduğu üçün günahı cəzasız qoymaz. Bununla belə O, insanları sevən və xilas etmək istəyən Allahdır. Buna görə Allah xalqa xəbərdarlıq etmək istədi.

Allah danışdı: "Ey Yunus, dünyada şöhrət qazanmış Nineva şəhərinə get! Ninevanın sakinlərinə onları günahlarına görə cəzalandıracağımı elan et. Çünki onlar məni unudublar."

Yunus yola çıxdı, amma Ninevaya getmədi.

(nəfəsi tutula-tutula qaçan adamın səsi)

Yunus: "Ninevaya əsla getməyəcəyəm! Xalqımın düşməninin ölkəsinə necə ayaq basım? Mən dəli olmamışam ki! Onlar ölməlidirlər. Budur, gəmi. Kapitana pul verəcəyəm, qoy məni buradan uzaq br yerə aparsın."

Allahdan qaçmaq adama baha başa gəlir. Yunus gəminin anbarına girdi və çəlləklərlə qutular arasında uzanıb yatdı. Yamanca yorulmuşdu. Ağlı başında deyil idi. Axı insan Allahdan haraya qaçar? Allah bizi hər yerdə görür. Yunusu da O görürdü.

Bu arada dənizdə qorxunc bir tufan qopdu. Gəminin ekipajı allahlarına dua etdi. Onları xilas etməyə qadir olan Allahı tanımırdılar. Gəmini yüngülləşdirmək üçün yükü bortdan kənara atdılar. Kapitan Yunusu oyatdı.

Kapitan: "Ey, oyan görək! Sən də Allahına dua et, bəlkə O bizi xilas edər."

Yunus o saat oyandı. Hər şey ona aydın oldu.

Dənizçi: "Sən kimsən? Haradan gəlirsən? Nə işlə məşğulsan?"

Yunus: "Adım Yunusdur. Mən göyü və yeri yaradan Allaha ibadət edirəm. Bu tufan mənim təqsirimə görə olub. Çünki mən Allaha qulaq asmadım."

Dənizçi: "Bəs biz indi nə edək?"

Yunus: "Məni dənizə atın, onda dəniz sakitləşəcək və Allah sizi xilas edəcək."

Dənizçilər əvvəlcə Yunusu atmaq istəmədilər, amma bir az düşünüb-daşındıqdan sonra onu bortdan kənara atdılar. (su şappıltısı)

Yunusun əhvalatı bununla sona çatıbmı? Xeyr! Macəra hələ təzə başlayırdı.

Ardı növbəti verilişdə olacaq.


Rollar: Aparıcı, oğlan, qız, Allah, Yunus, kapitan, dənizçi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:14 AM | powered by PmWiki (pmwiki-2.2.109)