STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 080 (A bill for Mom)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

80. Ana üçün hesab


Jalə mağazanın vitrinində çox istədiyi oyuncağı gördü.

Jalə: "Pul lazımdır. Böyüklər kefdədirlər. İstədikləri hər şeyi ala bilərlər. Biz isə... bir dayan, ağlıma əla fikir gəldi."

Jalə addımlarını sürətləndirdi. Nahardan sonra öz otağına getdi, bir vərəqlə qələmi götürdü və yazmağa başladı.

Jalə: "Jalənin haqq-hesab cədvəli. Mən bu evdə havayı işləyən bir qulluqçu deyiləm:

Şüşə qabları konteynerə apardım 3,00 manat

Duş kabini təmizlədim 4,00 manat

Hər axşam yeməkdən sonra süfrəni yığışdırdım 8,00 manat

Otağı yığışdırdım (çox ağır iş!) 13,00 manat

Qabyuyandan qabları çıxardıb yerbəyer elədim 5,00 manat

Zibili atdım (ondan çox pis iy gəlirdi!) 8,00 manat

Bunlar üst-üstə gələndə eləyir … 15, 21 … 41,00 manat

Xahiş edirəm, hesabı tez ödəyəsən!

Zəhmətkeş qızın Jalə"

Qız haqq-hesab cədvəlini xəlvətcə mətbəxdəki masaya qoydu. Şam yeməyinə gələndə boşqabının yanında bir zərf gördü. Götürdü, amma açmadı. Yeməkdən sonra öz otağında təklikdə zərfi açdı.

Jalə: "Çox maraqlıdır (zərfin açıldığı, məktubun çıxarıldığı və kağız pulların zərfdən töküldüyü eşidilir) Düpədüz 41 manat! Mən hələ heç vaxt bu qədər varlı olmamışam! Görək, bu məktubda nə yazılıb:

Əziz qızım Jalə!

Mən sənin haqqını ödəyirəm. Sən doğrudan da zəhmətkeş qızsan. Vaxtın olanda, sən də mənim haqq-hesab cədvəlimi oxu.

10 il sənin üçün paltar yumuşam pulsuz

10 il sənin üçün yemək bişirmişəm pulsuz

Sən xəstə olanda sənə baxmışam pulsuz

Səninlə oynamışam pulsuz

Sənin dərdlərinə, qayğılarına qulaq asmağa həmişə vaxt ayırmışam pulsuz

Cədvəlin davamını yazmayacağam. Bunların hamısını sənin üçün sevinclə eləmişəm, əzizim, çünki səni çox sevirəm. Anan"

Jalə çox xəcalət çəkdi. Anasının yanına qaçdı. Onu qucaqladı.

Jalə: "Anacan, mən daha heç vaxt sənə haqq-hesab cədvəli yazmaram. Budur, pulunu qaytarıram. Səni sevirəm!"

Biz başqalarına kömək edəndə onları sevindiririk. Bəs siz insanları sevindirmək istəyirsinizmi, uşaqlar? Mən çox istəyərdim ki, siz ananız üçün bir sürpriz edəsiniz.

Və yadda saxlayın ki, əgər siz bir adamı sevindirəndə, sizi də kimsə mütləq sevindirəcək.


Rollar: Aparıcı, Jalə

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:13 AM | powered by PmWiki (pmwiki-2.3.3)