Home -- Azeri -- Perform a PLAY -- 082 (The special submarine 2)
82. Xüsusi sualtı qayıq 2
Oğlan: "Çox maraqlıdır, Yunusun başına daha nə gəldi?"
Qız: "O ağıllı olsaydı, başdan Allaha qulaq asardı və Allahdan qaçmağa çalışmazdı."
Oğlan: "Paltarı da islanmazdı."
Allah xilas etmək istəyir, buna görə də Yunus Ninevaya getməli idi.
Yunus dənizə atılanda, ömrü bitmiş kimi göründü. Allah müdaxilə etməsəydi, elə olardı. Amma Allah Yunusu da xilas etmək istədi! Buna görə xüsusilə Yunus üçün bir “sualtı qayıq” göndərdi. Yekə bir balıq dənizə atılmış peyğəmbərə yaxınlaşıb onu bütöv uddu.
Üç gün və üç gecə Yunus o balığın qarnında qaldı. Dənizin dərinliyində Yunusun Allahdan qaçmasına son qoyuldu. Yunusun ürəyində ümidsiz bir haray səsləndi.
Yunus: "Ya Rəbb, Sən məni dənizə atdın. Dalğalar məni əhatə etdi. Mən öləcəyimi düşünmüşdüm, amma Sən məni xilas etdin! Sənə şükür edirəm! Mənə əmr etdiyin hər şeyi edəcəyəm."
Allah hər kəsi eşidir. Sən ruhdan düşəndə belə, Allah səni eşidir.
O Yunusun duasını eşitdi və balığa əmr etdi ki, “çətin həzm olunan” peyğəmbəri sahilə tüpürsün.
Allah xilas etmək istəyir, buna görə də O Yunusa ikinci dəfə danışdı.
Allah dedi: "Yunus, böyük Nineva şəhərinə get və dediyim sözləri onlara elan et."
Yunus getdi. (yeriyən adamın addımları və böyük şəhərin səs-küyü)
Yunus: "Qulaq asın! Məni buraya Allah göndərdi. 40 gün sonra bu gözəl şəhəriniz yerlə yeksan ediləcək. Allah sizi günahlarınıza görə cəzalandıracaq! Çünki siz yalançı, zinakar, fırıldaqçısınız. Allah hər şeyi görür! Siz qatillər və oğrularsınız!"
İnsanlar Yunusun sözlərinə dəhşət hissi ilə qulaq asdılar. Yunusun vəzi onlara çox təsir etdi.
Qadın: "O düz deyir. Biz həqiqətən də Allaha qarşı günah etdik. Bəs indi biz nə edək?"
Padşahın elçisi: "Padşahın əmrinə qulaq asın! Heç kim yeməməli və içməməlidir. Günahlarınıza görə tövbə edin və Allaha yalvarın. Bəlkə O bizi eşidər. Haqsızlığa son qoyun və yeni həyata başlayın!"
Təsəvvür edin! Şəhərin bütün sakinləri: böyüklər və uşaqlar – 120 min nəfər Allaha yalvardılar, Allahsız həyat sürdüklərinə görə tövbə etdilər.
Günlər ötüb-keçirdi: 38, 39, 40. Allah ninevalıları cəzalandırmadı. Tövbə dualarını eşitdi və onları bağışladı. Bu gözəl deyilmi? Hər kəs Allaha yalvardı, adını çağırdı və xilas oldu.
Kaş ki, bizim şəhər və kəndlərimizdə də belə oyanış baş verə! Allah həm sizi, həm də başqalarını xilas etmək istəyir.
Rollar: Aparıcı, iki uşaq, Yunus, Allah, qadın, padşahın elçisi
© Müəlliflik hüququ: CEF Germany