Home -- Azeri -- Perform a PLAY -- 007 (On the winner’s side)
7. Qələnə çalanın tərəfində
Filiştlilər yenə israillilərə qarşı müharibə etdilər. Davudun böyük qardaşları cəbhədə idilər. Davud onlara yemək aparmaq və vəziyyətlərini öyrənmək üçün cəbhəyə getdi. Çatan kimi gördü ki, düşmənin tərəfində boyu üç metrə çatan yekə bir adam dayanıb. O adamın adı Qolyatdı. Qolyat israilliləri pisləyib söyürdü. Bütün əsgərlər, hətta padşah Şaulun özü belə, ondan qorxurdular.
Məgər onlar Allahın hamıdan güclü olduğunu unutmuşdularmı?
Qolyat: “Ey siz, axmaq israillilər! Vay, necə də qorxmusunuz! Ha-ha-ha! Sizi indi quşlara yemək verəcəyəm. Allahınız sizə kömək edə bilməyəcək. Mən Ondan güclüyəm!”
Davud: “Siz bunu eşidirsiniz? O, Allaha istehza edir! Necə durub buna yol verirsiniz?”
Davud Allahı təhqir edən bu filiştli adamdan dəhşətə gəldi. İsraillilərə istehza etsəydi, dərd yarı idi, amma o, Allaha istehza edirdi. O çox irəli getmişdi!
Davud dərhal padşah Şaulun yanına gedib Qolyatla vuruşmaq istədiyini söylədi.
Davud ciddi idi. Təkcə çoban əsasını və sapandını götürüb Qolyatın qarşısına çıxdı.
Allah daha güclüdür – bu ona cəsarət verdi.
Əsgərlər bu balaca çobanın nə etdiyini görüb gözlərinə inana bilmədilər. Nəfəslərini saxlayıb gözləyirdilər.
Qolyat yavaş-yavaş yaxınlaşırdı.
Qolyat: “Məgər mən itəm ki, sən üstümə dəyənəklərlə gəlirsən? Yoxsa elə bilirsən ki, səni Allahın qoruyacaq? Ha-ha-ha, Mən Ondan güclüyəm. Səni öldürəcəyəm!”
Davud: “Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. O səndən GÜCLÜDÜR! Mən səni məğlub edəcəyəm və bütün dünya görəcək ki, İsrail yaşayan Allaha xidmət edir.”
Davud sapandla götürüb fırlatdı … (sapandla atılan daşın səsi)
Qolyat: “Ufffffff!” (yıxılır)
Davudun sapandla atdığı daş Qolyatın düz başından dəydi. O ölü yerə yıxıldı.
Qolyatın Allahı söyməsinin xeyri nə oldu? Axırda kim daha güclü çıxdı? Allah daha güclüdür!
Rollar: Aparıcı, Qolyat, Davud
© Müəlliflik hüququ: CEF Germany