STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 161 (Can the dead live 2) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
161. Ölülər yaşaya bilirlərmi 2İsa duanıza istədiyiniz kimi cavab verməsə, siz nə edəcəksiniz? Ondan küsərək dua etməyəcəksinizmi? Marta, qardaşı ölsə belə, İsadan küsməmişdi. Nəhayət İsa oraya gələndə, Lazar artıq dörd gündü ki, dəfn olunmuşdu. Marta: "İsa, Sən daha tez gəlsəydin, qardaşım ölməzdi." İsa: "Lazar diriləcək." Marta: "Bilirəm ki, dirilmə zamanı, Allahın hər kəsi yenidən həyata qaytaracağı son gündə o da diriləcək." İsa: "Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar. Buna inanırsanmı?" Marta: "Bəli, ya Rəbb, inanıram ki, Allahın Oğlu Sənsən." İsaya inanmaq həmişə ən yaxşı şeydir. Hətta bəzən İsanı başa düşməyəndə Ona inanmaq ən yaxşı şeydir. Marta evə qaçdı. Marta: "Ay Məryəm, İsa səni gözləyir." (qaçan qadının ayaq səsləri) O heç cür anlaya bilmirdi, niyə qardaşı ölməli idi. Məryəm gözləri yaşlı halda İsanın yanına gəldi. Məryəm: "İsa, əgər Sən burada olsaydın, Lazar ölməzdi." İsa: "Onu harada dəfn etmisiniz?" Məryəm: "Gəl, Sənə qəbrini göstərəcəyəm." Qəbir bir mağara idi və ağzına iri bir daş qoyulmuşdu. Qəbirin yanına gələn insanlar ağlayırdı. İsa da ağladı. Kişi: "Ağlayır. Bax onu necə də sevirmiş." Kişi: "Bəs onda nə üçün onun ölməyinə yol vermişdir?" İsa: "Daşı götürün." Martanı dəhşət bürüdü. Marta: "Ya Rəbb, artıq iylənib, çünkü öldüyü dörd gündür." İsa: "Marta, Mənə iman etsən, Allahın izzətini görəcəksən." İsaya inanmaq həmişə, ən pis hadisə baş versə belə, ən yaxşı şeydir. İsanı başa düşmürsünüzsə belə, Ona inanmaq ən yaxşı şeydir. Kişilər daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dua etdi. İsa: "Ey Ata, Sən həmişə Məni eşidirsən. Lazar! Bayıra çıx!" O anda möcüzə baş verdi. Ölü qəbirdən bayıra çıxdı! Bunu görənlərin çoxu İsaya iman etdi. Hər vəziyyətdə, nə olursa-olsun, İsaya inanmaq ən yaxşı şeydir. Sən də İsaya inanırsanmı? Rollar: Aparıcı, Marta, İsa, Məryəm, iki kişi © Müəlliflik hüququ: CEF Germany |