Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 160 (Why does Jesus allow it 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

160. Niyə İsa buna yol verib 1


İki bacı ilə bir qardaş bir-birindən ayrılmazdı. Siz də onları tanıyırsınızmı, uşaqlar? Marta bacı çox hərəkətli və yaradıcı idi. Məryəm bacı isə sakit və bir az utancaq idi. Lazar qardaş etibarlı bir adam idi. Onların üçü də İsanı sevirdi.

İsa şagirdləri ilə arada Bet-Anyaya qonaq gələrdi.

İki bacı ilə bir qardaşın evində çox vaxt xoşbəxtlik və yaxşı əhval-ruhiyyə hökm sürürdü, ancaq Lazar ağır xəstə yatandan bəri vəziyyət dəyişdi. Məryəm qardaşının yatağının yanında narahat oturmuşdu. Xəstə qardaşı güclə danışırdı. Gözlərini yummuşdu.

Marta içəri girdi və qardaşının solğun üzünü görəndə dəhşətə gəldi.

Marta: "Məryəm, bu belə davam edə bilməz. Ona yalnız İsa kömək edə bilər. Mən İsaya təcili olaraq xəbər yollayım."

Qasid təngnəfəs halda İordan çayı sahilinə, Rəbb İsa olan yerə çatdı.

Qasid: "İsa, tez gəl! Məryəmlə Marta məni yollayıblar. Lazar ağır xəstədir. Tez gəl, yoxsa o öləcək!"

İsa Lazarla iki bacısını çox sevirdi, lakin onlara getməyə tələsmədi, əksinə, şagirdləri ilə olduğu yerdə qaldı. Üstündən bir neçə gün keçdi.

İsa: "Gəlin, indi Lazarın yanına gedək. O uyuyub. Mən onu oyadacağam."

Şagird: "Əgər uyuyubsa, tezliklə sağalacaq."

İsa: "Mən uyuyub dedikdə başqa şeyi nəzərdə tutmuşdum. Lazar ölüb."

Şagird: "Ölübmü?"

İsa: "Mən orada olmadığıma sevinirəm. Çünki buna görə siz Mənə iman etməyi öyrənəcəksiniz."

Şagirdlər heç nə başa düşmədilər. Lazar ölüb və İsa sevinir. Bu vəziyyətdə onlar İsaya iman etməyi necə öyrənəcəklər?

Bəlkə İsa onlara öyrətmək istəyir ki, dəhşətli hadisələr baş verəndə və onlar heç nə başa düşməyəndə belə, Ona güvənməlidirlər?

Lazar dəfn edildi. Məryəmlə Marta çox ağladılar. Başqaları da iki bacı ilə ağlamaq və onlara təsəlli vermək üçün gəlmişdilər.

İndi isə mən sizə balaca bir tapşırıq verəcəyəm, uşaqlar.

Düşünün: İsa sizin duanıza dərhal cavab verməsə, vaxtı-vaxtında kömək etməsə, siz nə edəcəksiniz?

İsa sizin həyatınızda ən pis hadisənin baş verməsinə yol versə, nə edəcəksiniz?

Hər şeyə baxmayaraq, Onun sizi sevdiyinə inanacaqsınızmı?

Bunu düşünməyinizi xahiş edirəm!

Və yadda saxlayın ki, növbəti verilişdə hekayənin ardı olacaq.


Rollar: Aparıcı, Marta, qasid, İsa, şagird

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:05 AM | powered by PmWiki (pmwiki-2.3.3)