Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 128 (No more thirst)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

128. Artıq susamazsan


Şəhərdə çox adam o qadından uzaq olmağa çalışırdı.

Samariyalı qadın: "Bu şəhərdə hamı məni barmaqla göstərir. Guya onların özlərində heç bir günah yoxdur. Ümid edirəm, quyudan su çəkməyə gedəndə heç kəsə rast gəlmərəm." (daş cığırda yeriyən qadının ayaq səsləri)

Günün günorta çağında samarliaylı qadın səhəngini götürüb şəhərdən çıxdı. Bu vaxt hava çox isti idi və o, yolda heç kəsə rast gəlmədi. Adətən Sixar şəhərində yaşayan insanlar ya səhər tezdən, ya da axşamın sərin vaxtında quyudan su çəkməyə gedərdilər.

Samariyalı qadın: "Nə əcəb! Quyunun yanında kimsə oturub. Görüm, kimdir bu?"

İsa: "Mənə su ver, içim."

Samariyalı qadın: "Sən niyə mənimlə danışırsan? Sən bir yəhudisən, mənsə samariyalı bir qadın."

Məgər bu Adam yəhudilərin samariyalıları, əcnəbilərlə ailə qurduqları və bütlərə sitayiş etdikləri üçün saymadıqlarını bilmirdimi? Əlbəttə, bilirdi. Lakin O, səfilləri əsla rədd etməzdi. İsa başqaları kimi deyildir.

İsa: "Əgər sən Mənim Kim olduğumu bilsəydin, özün Məndən su istəyərdin, Mən də sənə dirilik suyu verərdim."

Samariyalı qadın: "Sənin su çəkmək üçün qabın belə, yoxdur. Quyu da dərindir."

İsa: "Bu sudan içən hər kəs yenə susayar. Lakin Mənim verdiyim sudan kim içsə, heç vaxt susamaz."

Ürək arzularımız adamın susamış halına bənzəyir. Adam bir arzusuna nail olan kimi yeni bir arzusu əmələ gəlir və bunun sonu yoxdur. Ürəyi doyurmaq, susuzluğu yatırmaq mümkün deyildir. Heç bir möcüzə, heç bir mükafat, yaxşı dostlar və başqa şeylər bu susuzluğu yatırmağa qadir deyildir. Bu susuzluğu yatırmağa qadir olan yeganə Şəxs o gün quyunun yanında oturan və samariyalı qadınla danışan Adam idi. Qadın bunu hiss etdi.

Samariyalı qadın: "Bu suyu mənə ver ki, heç vaxt su çəkmək üçün buraya gəlməyim."

İsa: "Sən ərini çağır."

Samariyalı qadın: "Ərim yoxdur."

İsa: "Bilirəm. Çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyildir."

İsa onun haqqında hər şeyi bilirdi. Buna baxmayaraq O, ondan uzaqlaşmırdı.

Samariyalı qadın: "Səni Allah göndərib. Mən bilirəm ki, Xilaskar gələcək."

İsa: "O Mənəm."

İsa qadının bütün günahlarını bağışladı və ona yeni həyat bəxş etdi. Qadın sevincindən səhəngini də qoyub şəhərə qaçdı.

Hamını İsa ilə tanış olmağa dəvət etdi.

Mən də sizi dəvət edirəm, uşaqlar. İsa sizi gözləyir. Onun yanına gəlin, Onunla tanış olun, o zaman siz Sixar şəhərində yaşayanlarla birgə belə deyəcəksiniz:

Uşaq: "Mən artıq sizin sözlərinizə görə iman etmirəm. Mən elə özüm də İsanı tanıdığıma görə Ona iman edirəm. Həqiqətən, dünyanın Xilaskarı İsadır."


Rollar: Aparıcı, samariyalı qadın, İsa, uşaq

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)