Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 129 (Shabola from South Africa)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

129. Cənubi Afrikalı Şabola


(çəkic səsi)

Ata: "Şabola, əlindən yaxşı iş çıxır."

Şabola: "Amma bu işdən əzələlərim yaman ağrıyır. Oh! Oh! Ayaqlarım."

Ata: "Sən artıq çəkici güclə tutursan. Get bir az dincəl, sonra torpağı bərkitməyə gələrsən."

Şabola bir kölgəlikdə oturdu. Uzaqdan meymunun çığırtısı eşidilirdi. Atası Cənubi Afrika cəngəlliyində daxmalar tikməyə davam edirdi. Görəsən, bu daxmalar kənddəki müjdəçi məktəbindəki kimi qəşəng olacaqmı?

Ata: "Ay Şabola, gəl yenə kömək elə!"

Atasına kömək etmək maraqlı idi, lakin məktəbə getmək ondan daha maraqlı idi.

Ertəsi gün səhər yeməyində araxis pastası ilə qarğıdalı yeyəndən sonra oğlan məktəbə getdi. O, "umfundis" ini çox istəyirdi. Zimbabvedə müəlliməyə "umfundis" deyirlər. Əslində, bütün uşaqlar müəlliməni çox istəyirdi. Şabolanın sevimli dərsi din dərsi idi. Qıvrıq qara saçlı oğlan din dərslərində müəlliməyə çox diqqətlə qulaq asırdı.

Müəllimə: "Balaca quzu qaçıb yolunu azdı. Çoban sürüsünü qoyub itmiş quzunu axtarmağa getdi. Axırda onu tapdı. Tikanlı koldan çıxardı, qucağına götürüb evə apardı. Rəbb İsa Yaxşı Çobandır. O itmiş olanları axtarmaq üçün cənnətdən dünyaya gəldi."

Şabola: "Umfundis, mən də itmiş quzuyam. İsa məni də axtarırmı?"

Müəllimə: "Bəli, O səni axtarır, çünki sevir. Onun quzusu olmaq istəsən, Ondan xahiş et."

Günlərin birində Şabola dərsə gəlməmişdi. O səhər oğlan yataqdan durmaq istəyirdi, ama qızdırması var idi və başı gicəllənirdi.

Ana: "Şabola, sənin qızdırman var. Cindarı çağırmağa gedirəm."

Şabola (zəif səslə): "Cindar mənə kömək edə bilməyəcək."

Şabola çox xəstə idi, hətta güclə danışırdı. Bazar günü müəlliməsi ona baş çəkdi.

Müəllimə: "Şabola, sən çox xəstəsən. Əgər vaxtın gəlibsə, ölməyə hazırsanmı?"

Şabola: "Rəbb İsa mənim Yaxşı Çobanımdır. O məni yaxında cənnətə aparacaq."

Şabola gözlərini yumdu və artıq açmadı.

Dəfn mərasimində Umfundis Yaxşı Çobandan danışdı.

Birdən oğlanın atası balaca tabutun yanında diz çöküb dua etdi.

Ata: "’Ya Rəbb İsa, Şabola indi Sənin yanındadır. Orada özünü yaxşı hiss edir. Mən də Sənin olmaq istəyirəm. Günahlarımı bağışla və mənim Yaxşı Çobanım ol. Amin.‘ Umfundis, mən artıq kədərlənmirəm, çünki bir gün cənnətdə Şabolanı yenə görəcəyimə inanıram."


Rollar: Aparıcı, ata, ana, Şabola, müəllimə

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:47 PM | powered by PmWiki (pmwiki-2.3.3)