Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 127 (Too late)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

127. İş işdən keçib


Onlar sahilə çatdılar və qayıqdan endilər. Nəhayət! Yairin İsaya böyük ehtiyacı var idi. O, izdihamdan keçib İsanın ayaqlarına düşdü.

Yair: "Qızcığazım can üstündədir. Tez gəl! Əllərini onun üstünə qoy ki, sağalıb yaşasın."

İsa da onunla birlikdə getdi. Tələsmək lazım idi. Birdən İsa ayaq saxladı. Nə olub?

İsa: "Mənə toxunan kim idi?"

Kişi: "Nə bilim? Bu izdihamda hamı bir-birini itələyir, sıxışdırır."

İsa dönüb baxdı, Arxasında qorxudan titrəyən bir qadın gördü.

Qadın: "Mən sadəcə olaraq paltarına toxunmaq istəyirdim. On iki il xəstə idim. Nə bir həkim dərdimə çarə tapıb, nə də bir dərmanın xeyri olub. Sağalmaq üçün bütün pulumu xərcləmişəm. Amma Sənin paltarına toxunan kimi dərhal sağaldım!"

İsa: "Qızım, imanın səni xilas etdi. Qorxma!"

İman kömək edir. Siz İsaya iman etdiyinizə əsla peşman olmazsınız! Yoxsa İsanın sizi pis vəziyyətdə qoyacağındanmı şübhə edirsiniz?

Yairin adamı: "Yair haradadır? Yair, sənə bəd xəbər gətirdim: qızın öldü."

Onun yalnız on iki yaşı var idi. Yair bu xəbəri eşitdiyi anda az qala imanını itirəcəkdi. İmanı güclü küləkdən az qala sönən şam işığına bənzəyirdi.

İsa: "Qorxma. Yalnız Mənə iman et!"

İsanın bu sözləri zəif imanını təkrar alovlandırdı. Yairin evindən bərk ağlaşma səsi gəlirdi.

Yas tutanların naləsini, ağlaşmasını uzaqdan eşitmək mümkün idi.

İsa: "Niyə hay-küy salıb ağlayırsınız? Uşaq ölməyib."

Hamı İsaya güldü. Qızın ölü olduğunu öz gözləri ilə görmüşdülər. İsa hamını bayıra çıxardı. Yalnız qızın ata-anasını və Özünün ən yaxın üç dostunu götürüb uşaq olan otağa girdi. Orada sükunət hökm sürürdü. Bəlkə də o anda Yair İsanın "Qorxma, yalnız Mənə iman et" sözlərini xatırlamışdı. Lakin belə vəziyyətdə nəyə ümid etmək olardı?

İsa ölü qızın yatağına yaxınlaşdı və qızın əlini tutdu.

İsa: "Talita qumi! Qızım, qalx!"

Uşaq ata-ananın gözləri qabağında gözlərini açdı, yataqdan qalxdı.

İsa: "Ona yemək verin."

Bunu xəstələrə şəfa verən və ölüləri dirildən Rəbb dedi!

İsa hər şeyə qadirdir! Onun bacarmadığı bircə şey var: İsa Ona iman edənlərin ümidini boşa çıxarda bilməz.

Buna görə də həyatınızda nə baş verir-versin, uşaqlar, İsanın bu sözləri heç vaxt yadınızdan çıxmasın: "Qorxma. Yalnız Mənə iman et!"


Rollar: Aparıcı, Yair, İsa, kişi, qadın, Yairin adamı

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)