Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 112 (Mirror of the truth)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

112. Həqiqət güzgüsü


Bu gün neçə dəfə güzgüyə baxmısınız, uşaqlar?

Murad güzgüyə baxıb dəhşətə gəldi. Üzü pis gündə idi. Lakin o, üzünü sabunla yumaqdansa, güzgünü acıqla yerə tulladı (qırılan şüşənin səsi).

Bəzi insanlar Müqəddəs Kitabla da belə rəftar edirlər. Müqəddəs Kitab, uşaqlara və böyüklərə həyatlarında düzgün olmayan şeyləri göstərən bir güzgüdür. Amma bu, çoxlarının xoşuna gəlmir.

Qədim zamanda Yeremya adında bir peyğəmbər var idi. O İsraildə yaşayan xalqa Allahın sözlərini söyləyirdi və xalq onunla Murad güzgüylə rəftar etdiyi kimi rəftar etdi. Yeremyanın vəzləri xalq üçün bir güzgü idi. Lakin xalq dəyişilmək istəmirdi. Allahın onlara böyük səbri var idi. Allah əlli il onlara dözmüşdü.

Allahın səsi: "Ey Yeremya, bir tumar götür və Mənim sənə dediyim hər şeyi yaz. Bəlkə bu xalq Mənə qulaq asar və həyatlarında hər şeyi nizama salar."

Bu işin tamamlanması bir neçə ay çəkmişti. Yeremya Allahın Kəlamını öz mirzəsi Baruka yazdırdı. Baruk hər sözü yazdı.

Yeremya: "Baruk, axır ki, bu işi başa çatdırdıq. Sən bilirsən ki, mənə artıq məbədə girmək qadağandır. Sən get, bu tumarları məbədə apar."

Mikeya məbəddə tumarın oxunduğuna diqqətlə qulaq asdı. Sonra padşahın sarayında olan başçısına yanına gəlsin deyə dərhal xəbər verdi.

Mikeya: "Baruk məbəddə Allahın Kəlamını oxudu. Biz düzgün yaşamırıq və Allah bizi cəzalandıracaq."

Başçı: "O tumarı məbəddə oxuyan adamı buraya gətir."

Baruk gəldi. Allahın Kəlamı başçının ürəyi üçün güzgü kimi oldu.

Başçı: "Ay Baruk, sən bütün bu sözləri necə yazdın?"

Baruk: "Yeremya danışırdı, mən də mürəkkəblə yazırdım."

Başçı: "Biz bunu padşaha bildirməliyik. Baruk, sən Yeremya ilə gizlən, ikinizin harada olduğunuzu heç kim bilməməlidir."

Padşah Yehoyaqim qış sarayında buxarı yanında rahat oturmuş, isinirdi.

Onun həyatında nizamsız şeylər çox idi. Amma o, Allaha qulaq asmaq istəmədi. Üç-dörd sütun oxunandan sonra padşah ayağa durub o parçanı bıçaqla kəsir və buxarının içinə atırdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar yanıb-qurtardı.

Yeremya ilə Baruk isə gizləndikləri yerdə bütün bu sözləri bir daha yazdılar.

Allahın məhəbbəti böyükdür. Allah Kəlamının bizim üçün də yazılmasını təmin etmişdir.

Sizə məsləhətim budur, uşaqlar: Müqəddəs Kitabı hər gün oxuyun. Qoy bu sözlər sizi dəyişdirsin!

Allah sizin xüsusilə daxildən gözəl görünməyinizi istəyir.


Rollar: Aparıcı, Yeremya, Allahın səsi, başçı, Baruk, Mikeya

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)