STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 113 (Can your God do everything) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
113. Sənin Allahın hər şeyə qadirdirmiKatrin: "Yurqen, təsəvvür edirsən, mənə bir adam 20 avro pul verdi. Elə-belə verdi, heç nədən xəbəri yox idi. Axı mən, müjdəçilərə pul göndərmək istədiyimi və bunun üçün dua etdiyimi heç kimə deməmişəm." Yurqen: "Necə? Mən anlamadım?" Katrin: "Valideynlərim mənə gündəlik pul verəndə, mən ondan bir qədərini Allahın işinə ayırıram, müjdəçilərə göndərirəm. İndi Çindəki uşaqlar üçün bir kukla almaq istəyirəm. Milad bayramından qabaq Çinə bir qutu hədiyyə göndərəcəklər. İstəyirəm, kuklanı o qutuya qoyub göndərim. İndi kukla almağa gedirəm. Sən də gəl!" Yurqen: "Hə, yaxşı!" Onlar oyuncaq mağazasında gördükləri uzun sarı saçlı və qəşəng mavi donlu bir kuklanı almaq qərarına gəldilər. Dua edəndən sonra Katrinlə Yurqen düz Hartman xanımın evinə getdilər. (qapının zəngi çalınır, qapı açılır) Katrin: "Salam, Hartman xanım! Xahiş edirik, bu kuklanı Milad qutusuna qoyasınız." Hartman xanım: "Ay, bağışla, qızım. Qutunu artıq bağlamışıq." Katrin: "Ola bilməz! Axı bu kukla mütləq Çinə getməlidir. Mən bunu dəqiq bilirəm. Mənə bu kuklanı almağa İsa pul yetirib!" Hartman xanım qızın o qədər ciddi olduğunu görəndə qutunu açdı. Katrin: "Çox sağ olun, Hartman xanım. Allahın bu kukla üçün xüsusi bir planı var." Çində müjdəçi olaraq xidmət edən Rozmari bacı elə bil, bunu hiss etmişdi! Rozmari bacı Çində Adina adında bir qıza alman dilini öyrədirdi. Adina dil öyrənməkdə bacarıqlı bir qız idi. Ancaq var olan Allah, onu çox sevən və möcüzələr yaradan Rəbb haqqında heç vaxt eşitməmişdi. Adina: "Sənin Allahın həqiqətən hər şeyə qadirdir?" Rozmari bacı: "Bəli, Onun üçün qeyri-mümkün bir iş yoxdur." Adina: "Onda qoy Allah mənə bu Milad bayramı üçün Almaniyadan mavi donlu bir kukla göndərsin. Nə olar, mənim üçün Allahdan bunu istə!" Rozmari bacı Allahın bunu necə edəcəyini təsəvvürünə gətirə bilmirdi. Almaniyadan gələn qutunu açandan sonra içində duasına cavab olaraq göndərilmiş kuklanı görəndə heyrətə gəldi. Bu, təsadüf ola bilməzdi. Rozmari bacı: "Sənə minnətdaram, ya Rəbb İsa. Sən həqiqətən hər şeyə qadir olan yaşayan Rəbsən! Yalvarıram, Adinanın Səni tanımasına kömək et!" Hədiyyəni gözəl paketə qoyub Adinaya gətirdi. Rozmari bacı: "Budur, Adina, Rəbb İsa sənə bu hədiyyəni göndərib" (kağız xışıltısı). Adina: "Nə qəşəngdir! Mən elə bu cür kuklanı istəmişəm!" Qız sevincindən atılıb-düşməyə başladı. Amma birdən üzü ciddi görkəm aldı. Adina: "Rozmari bacı, İsa doğrudan hər şeyə qadirdir. Mən Ona iman edirəm, çünki O mənim arzumu yerinə yetirib. Ya Rəbb İsa, həyatıma gəl və ürəyimi təmizlə! Mən 100% Sənin olmaq istəyirəm. Amin." Adinanın ürəyinə əsl Milad sevinci doldu. İsa hər şeyə qadirdir. Adina bu həqiqəti çox adama danışdı. Rollar: Aparıcı, Katrin, Yurqen, Hartman xanım, Adina, Rozmari bacı © Müəlliflik hüququ: CEF Germany |