Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 114 (An angel came)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

114. Mələk gəldi


Mahir döşəkdə uzanıb maraqlı bir kitab oxuyurdu (qapı zəngi çalınır).

Mahir: "Bu vaxt kim gələ bilər, görəsən?" (qapı açılır)

Mahir: "Əli, sənsən? Haradan gəlmisən?"

Mahir çox təəccübləndi. Heyrətdən dili-ağzı tutuldu. Onun ən yaxın dostu Əli iki il əvvəl uzaq bir yerə köçmüşdü və o vaxtdan bəri Mahir onu görməmişdi.

Bir gün İsraildə yaşayan gənc bir qıza heç gözlənilməyən qonaq gəldi.

Görüşü təyin etmədən gəldi. Qızın önündə qəfildən durdu. Həmin qonaq bir mələk idi!

Allahımız belədir. Gözlənilmədən, qəfildən gəlir.

Məryəm çox təsirləndi.

Mələk: "Qorxma, Məryəm. Allah səni sevir!"

Allah bizimlə danışmağa gəlir. O bu gün hələ də gəlir və bizimlə Kəlamı vasitəsilə, yəni Müqəddəs Kitab vasitəsilə danışır. Bəzən möcüzələr və ya digər insanlar vasitəsilə danışır. O vaxt hələ İncil Kitabı yox idi və Allah insanlara gah yuxuda danışır, gah mələklərini göndərirdi.

Mələk: "Məryəm, Allah səninlədir. Sən bir oğlan uşağı doğacaqsan. Ona İsa adını verəcəksən."

Məryəm: "Bu necə ola bilər? Mən hələ ərə getməmişəm axı, ərim yoxdur!"

Mələk: "Allah sənin üçün bir möcüzə yaradacaq. Müqəddəs Ruh gəlib sənə kölgə salacaq. Buna görə də sənin oğlun Allahın Oğlu adlanacaq."

Məryəm: "Mən Allaha qulluq edəcəyəm. Qoy mənə sənin dediyin kimi olsun."

Bir möcüzə baş verdi. Bet-Lexemdə bir axurun içində Allahın Oğlu doğuldu. İsanın Şəxsində Allahın Özü dünyamıza gəlmişdir.

Allah bizə yaxınlaşdı ki, biz də Ona yaxınlaşa bilək.

Mən Milad bayramını tez-tez qeyd etmişəm, amma bu möcüzə məni hələ də valeh edir. Böyük və əzəmətli Allah bəşər oldu və aramıza gəldi. İsa vasitəsilə Allah bizə o qədər yaxın oldu ki, insanlar Onu görə və Ona toxuna bildilər. O vaxt Bet-Lexemdəki çobanları sevindirən də bu idi.

Aramıza gələn Allah İsada sənə yaxın ola bilər.

Onu həyatına dəvət etmək istəyirsənmi? Bunun üçün dua etmək lazımdır. Məsələn, belə dua edə bilərsən:

Mahir: "Ya Rəbb İsa, həyatıma gəl! Ürəyimin qapısını Sənin üzünə açıram. Əbədi olaraq Sənin olmaq istəyirəm. Məni çox-çox sevdiyinə görə Sənə minnətdaram."

Allah sənə yaxınlaşır ki, sən də Ona yaxınlaşa biləsən.


Rollar: Aparıcı, Mahir, mələk, Məryəm

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 30, 2022, at 08:02 AM | powered by PmWiki (pmwiki-2.3.3)