STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 115 (The greatest Christmas present) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
115. Ən böyük Milad hədiyyəsiQız: "Milad bayramını səbirsizliklə gözləyirəm. Bu il arzularım çoxdur." Oğlan: "Mən ümid edirəm ki, ən böyük arzum həyata keçər. Yeni smartfon istəyirəm. Bu, ən böyük arzumdur." Sizə bir az daha gözləmək lazım olacaq. Qız: "Bəli, çox heyf!" Əslində siz sevinməlisiniz, çünki Şimeon qədər çox gözləməzsiniz. Oğlan: "Şimeon kimdir?" İncildə yazılıb ki, Şimeon heç də cavan adam deyil idi, əslində, olduqca yaşlı idi. Yerusəlimdə yaşayan və Allaha sadiq qalan bu adam, ən böyük arzusunun həyata keçməsini ən azı 40 il gözləməyə məcbur olmuşdur. Qız: "Qırx il? Ay aman! Bəs nə idi onun ən böyük arzusu?" O, Allahın vədlərindən birinin həyata keçməsini görmək istəyirdi. Allah: "Şimeon, sən yalnız dünyanın Xilaskarını görəndən sonra öləcəksən." Şimeon çox gözləməli olsa da heç vaxt ümidini itirmədi. Çünki Allaha güvənə biləcəyini bilirdi. Bir gün Şimeon məbədə getdi. Eyni zamanda Məryəmlə Yusif körpə İsanı məbədə gətirdilər. Şimeon körpəni görəndə birdən anladı ki, vəd olunmuş Xilaskar Odur! Şimeon İsanı gördü və ən böyük arzusu həyata keçdi. Bu ona dünyanın bütün hədiyyələrindən də çox sevinc verdi. Körpəni əlləri ilə tutub dua etdi. Şimeon: "Ya Rəbb, indi mən rahat ölə bilərəm, çünki Sən mənə verdiyin vədi yerinə yetirdin. Mən dünyanın Xilaskarını öz gözlərimlə gördüm." İndi isə, uşaqlar, gəlin, Şimeon haqqında bir şeir dinləyək: (musiqi çalır) 1. Bir adam İsraildə yaşayırdı Ürəyində böyük bir arzu vardı Şimeon idi bu adamın adı, Allahın Oğlun görməkdi muradı. 2. Bir gün gəldi məbədə ana-ata Körpəni gətirdilər qucağında Şimeon xoşbəxt olmuşdur o anda Ən böyük arzusu keçdi həyata 3. Mənim də yanıma gəl, ey Xilaskar! Qəlbimdə Səninçün xüsusi yer var. Ey İsa, qəlbimdə Sən ol hökmdar! Sənsiz mənasızdır bütün arzular. Bu Milad bayramında etdiyiniz bütün arzuların həyata keçəcəyinə əmin deyiləm, amma bir şeyi yüz faiz bilirəm: siz istəsəniz ki, İsa həyatınıza gəlsin, onda bu şeirdə deyildiyi kimi, İsa sizin bu arzunuzu mütləq həyata keçirəcəkdir! Rollar: Aparıcı, qız, oğlan, Allah, Şimeon © Müəlliflik hüququ: CEF Germany |