Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 116 (Bill‘s special Christmas tree)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

116. Vüqarın xüsusi Milad yolkası


Vüqar: "Bu, dəhşətdir! Bütün yolkalar satılıb. Ay ana, sən nahaq yerə o qədər çox gözləmisən, indi biz nə edək?"

Ana: "Mən ümid etmişdim ki, yolkalar ucuzlaşar. Axı sən bilirsən ki, pulumuz azdır."

Vüqar: "Gülşən dünən yolkaya görə dua edib. Bacılar biləndə kefləri pozulacaq."

Vüqar atasını düşündü. Atası sağ olanda onlar həmişə əvvəlcədən yolka alardılar. Lakin atası dünyasını dəyişəndən sonra hər şey dəyişdi.

Ana: "Bax, Vüqar, orada birini gördüm. Salam, bu yolka neçəyədir?"

Kişi: "Satılmır. Onu öz uşaqlarıma saxlamışam. Bu gün evə yolka gətirməsəm balalarım kədərlənəcəklər. Bayramınız mübarək!"

Kişi yolkasını götürüb getdi. Vüqarla anası da yerdə qalan küknar budaqlarından bir neçəsini götürüb evə getdilər. Qapıda onları dörd qız qarşıladı – onlar Vüqarın bacıları idi.

Qız: "Yolka gətirməmisiniz?"

Ana: "Yox. Çox təəssüf edirəm."

Ana ilə uşaqlar süfrə arxasında şam yeməyinə oturdular. Yeməkdən əvvəl dua etmək növbəsi Gülşənin idi.

Gülşən: "Əziz Rəbbim İsa, Səndən yolka istəmişdim, amma Sən duama cavab verməmisən. İndi isə iş işdən keçib, artıq yolka istəmirəm. Bizə yemək verdiyinə görə Sənə minnətdaram. Amin."

O gecə qızlar yuxuya gedəndən sonra Vüqarın ağlına bir fikir gəldi. Oğlan süpürgədə cib bıçağı ilə açdığı deşiklərə küknar budaqlarını saldı və məftillə bağladı. Süpürgəni qumla dolu vedrəyə dik qoydu və qəhvəyi kağıza bürüdü.

Ana: "Ay Vüqar, nə qəşəng ağac çıxıb! Afərin sənə! Gözlə, oyuncaqları da gətirim, yolkamızı bəzəyək, başına bir mələk qoyaq. Qızlar bu yolkaya heyran olacaqlar!"

Gülşənin sevinci yerə-göyə sığmırdı.

Gülşən: "Vüqar, hələ bu günə qədər belə gözəl yolkamız olmayıb. İndi görürəm ki, İsa duama necə cavab verib!"

Uçaqlar sevinə-sevinə analarının ətrafında oturdular. Ana da onlara Milad hekayəsini oxudu.

(kitab vərəqlənir)

Ana: "Məryəm ilk Oğlunu doğdu, Körpəni bələyib axura qoydu."

Sonra ana uşaqlarına İsanın çarmıxı haqqında da oxudu. Ama niyə o, Milad bayramında çarmıx haqqında oxudu?

Ana: "Əslində, Rəbb İsanın çarmıxı bir ağac idi. Yolkadan daha çox önəmli bir ağac. Axur və çarmıx bir-biri ilə bağlı şeylərdir. Rəbb İsa bizim uğrumuza canını fəda etmək üçün dünyaya gəlmişdir. İsa çarmıxa çəkilməsəydi, Miladın heç mənası olmayacaqdı."


Rollar: Aparıcı, Vüqar, ana, kişi, qız, Gülşən

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)