STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 058 (God puts everything right 6)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

58. Allah hər şeyi düzəldir 6


O gün çox həyəcan dolu bir gün idi! Yusifin qardaşları ikinci dəfə taxıl almaq üçün Misirə gəldilər. 20 il ondan qabaq paxıllıqdan qul kimi satdıqları qardaşları Yusifin bu ölkədə hökmdarın sağ əli olduğundan xəbərləri yox idi.

Yusif qardaşları üçün süfrənin açılmasını əmr etdi. Onları ata evindəki kimi süfrəyə oturtdu. Bu onlara son dərəcə qəribə gəldi. Onlar taxılla doldurulmuş çuvallarını götürüb yola çıxanda çox sevindilər. Amma onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, başlarına bir iş gəldi.

Xidmətçi: "Dayanın! Tərpənməyin! Siz ağamın gümüş kasasını oğurlamısınız!"

Qardaş: "Xeyr, biz heç nə oğurlamamışıq. İstəyirsiniz, yoxlayın!"

Xidmətçi hər çuvalı axtardı. Ən axırda Binyaminin çuvalını açdı.

Xidmətçi: "Bax, budur oğru! Siz hamınız evə qayıda bilərsiniz, o isə burada qalacaq və ağamıza qul olacaq."

Onları Yusifin yanına apardılar. Onlar qorxudan titrəyə-titrəyə Yusifin qabağında səcdə etdilər. Yusif qardaşlarını sınamaq üçün öz kasasının çuvalların birinə qoyulmasını əmr etmişdi. Onlar bir-birinə bağlı olacaqlarmı, yoxsa hələ də ürəkləri pis idi? Yusif onlarla sərt danışdı.

Yusif: "Bu nə işdir, görmüsünüz? Oğru kimdirsüə, o, yanımda qalacaq və mənə qul olacaq."

Onda Yəhuda dilləndi.

Qardaş: "Yalvarıram, Binyamini burax, getsin, qoy onun əvəzinə mən sənə qul olmaq üçün qalım. Yoxsa atamızın dərddən ürəyi partlayacaq."

Qardaşların bir-birinə bağlı olduğunu görən Yusif onlara özünü tanıtdı.

Yusif: "Siz məni tanımadınızmı? Mən qardaşınız Yusifəm."

Qardaşlar lal-dinməz dayandılar. Yusifsə onları qucaqlayıb sevincindən ağladı.

Yusif: "Allah həyatınızı qorumaq üçün məni Misirə göndərmişdir. Gedin, atamızı və öz ailələrinizi buraya gətirin. Hələ beş il aclıq davam edəcək, amma mən özüm sizin qayğınıza qalacağam."

Yusif evə aparsınlar deyə onlara çoxlu hədiyyələr verdi.

Ata Yusifin yaşadığını eşidəndə həddən artıq sevindi. Qısa bir müddət sonra 70 nəfər bütün mülkü ilə Misirin ən yaxşı yerinə köçdü. Bu onlar üçün əsl bayram oldu! Yusiflə atası 20 il sonra təkrar görüşdülər. Allah hər şeyi yaxşıya çevirdi. Qardaşlar da Yusifə etdikləri pisliyi axırda etiraf etdilər.

Qardaş: "Yusif, sənə qarşı etdiyimiz pisliyə görə bizi bağışla. Biz çox peşmanıq."

Yusif: "Bağışlayıram. Siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ..."

Allah hər şeyi yaxşıya çevirdi! Onun planı, xalqının həyatını qorumaq idi.


Rollar: Aparıcı, xidmətçi, Yusif, qardaş

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)