STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 168 (All is well with Terry 6)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

168. Terri yaxşılaşır 6


Filip və Rut yaxşı yatdılar və gecə evdə çox adamın ayaq səslərini eşitmədilər. Həkimin bütün gecəni Terrinin yatağının yanında oturduğundan xəbərləri yox idi.

Gözə görünməyən Yaxşı Çoban İsa Terrini mehribancasına qucağına götürdü və göylərdəki evinə apardı.

Səhər Rut Terrinin ölüm xəbərini eşidəndə için-için ağladı. Filiplə onun ən yaxşı dostu təzəcə dünyasını dəyişmişdi.

Dəfn mərasimində pastor Robinger Yaxşı Çoban İsanın hekayəsini ucadan oxudu. Dəfndən sonra Rut meşədə həzin-həzin gəzirdi. Terrinin artıq bu dünyada olmadığını düşünmək qorxunc idi. Qız bir şabalıq ağacı altında oturub ağladı.

Mister Tenner: "Rut, sən niyə ağlayırsan?"

Qız mister Tennerin gələcəyini gözləmirdi. O, çəməndəki qoyun-quzunun sahibi idi. Rut hər şeyi ona danışdı.

Rut: "Mən çox dua etdim, amma xeyri olmayıb, Terri ölüb."

Mister Tenner: "Səncə, İsa səhv edibmi? Sən düşün, əgər mənim bir qoyunum xəstələnsəydi və mən onu götürüb ən yaxşı otlağa aparsaydım, sən nə deyərdin?"

Hər şey yavaş-yavaş Ruta aydın olmağa başladı.

Mister Tenner: "İsa Terrini elə bir yerə aparıb ki, ora onun üçün çox yaxşıdır. Buna görə sən kədərlənməməlisən."

Rut: "Amma onu torpağa basdırıblar. O necə Yaxşı Çobanın yanında ola bilər?"

Mister Tenner bir şabalıd götürdü.

Mister Tenner: "Bax, Rut! Şabalıdın qabığı işə yaramaz. Həyat qabığında deyil, özündədir. Onun içindən yeni həyat doğular. Terrinin bədənini də bu qabığa bənzətmək olar. Bədəni torpağın altındadır və artıq ona lazım deyildir. Lakin o özü, onun əsl varlığı İsanın yanındadır. Orada Terrinin ağrı hiss etməyən yeni bədəni var. Bunu düşün, qızım."

Rut evə qayıdanda Filip onun artıq kədərli olmadığını gördü.

Filip: "Rut, çox sağ ol. Sən mənə Yaxşı Çoban haqqında danışdın və mən Onu tanıdım. Terri də indi Onun yanındadır. Bir gün biz də Onun yanına gedəcəyik."

Rut: "Sabah məktəbdə uşaqlara Yaxşı Çoban haqqında danışacağam ki, onlar da Onu tanısınlar."

Bəs siz, uşaqlar, Yaxşı Çoban İsa haqqında kimə danışa bilərsiniz?


Rollar: Aparıcı, Mister Tenner, Rut, Filip

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:17 AM | powered by PmWiki (pmwiki-2.2.109)