Home -- Azeri -- Perform a PLAY -- 167 (Super idea, Aunt Margret 5)
167. Əls fikir, Marqarit xala! 5
Rut və Filip Terri üçün hazırladıqları hədiyyələri bükdülər və yola çıxdılar. Xəstə dostunun necə təəccüblənəcəyini düşünməkdən həzz aldılar.
Meşənin ortasında Terrinin anasına rast gəldilər. O ağlayırdı. Rut ona təsəlli vermək üçün İsa haqqında danışmağa çalışdı. İsanın onu sevən və köməyinə yetişməyə hazır olan Yaxşı Çoban olduğunu anlatdı.
Filip: "Biz də sizə bunu gətirmişik (pulun cingiltisi). Bu, bizim bütün pulumuzdur. Bu pulla Terriyə süd ala bilərsiniz."
Ana: "Çox sağ olun, siz çox xeyirxah uşaqlarsınız. Gedin, Terri sizi gözləyir." (ayaq səsləri)
Filip: "Rut, bütün pulumuzu verdiyimə görə məndən inciməmisən ki?"
Rut: "Yox. Yaxşı Çoban da çarmıxa çəkiləndə bütün həyatını bizə görə fəda etdi. Biz də simic olmamalıyıq."
Terri hədiyyələrə çox sevindi. Bununla belə, o gün halı əvvəlkindən də pis idi və kefi yox idi.
Terri: "Həkim dedi ki, məni sağaltmaq artıq mümkün deyil. Belə yaşamaqdansa, ölmək yaxşıdır."
Filip və Rut şübhələndilər: Allah dualarını eşitməyibmi? Nə üçün möcüzə etməyib?
O axşam evə kefsiz qayıtdılar. Marqarit xala qonaq otağını tərtəmiz yığışdırmışdı.
Marqarit xala: "Uşaqlar, Terri ilə anasını bizimlə qalmağa dəvət etsək, necə olar?"
Rut: "Super! Əla fikirdir!"
Təcili yardım maşını Terrini gətirdi. Otaq Terrinin çox xoşuna gəldi. Yatağı pəncərənin yanında idi.
Terri: "Əladır!"
Divardan asılmış balaca rəsm Terrinin diqqətini cəlb etdi. Yaxşı Çoban İsa itmiş quzunu xilas etmək üçün əlini ona uzadırdı.
Terri: "Rut, mən belə bir rəsm istəyərdim: Çoban tapdığı quzunu qucağında daşıyır."
Pastor Robinger onun üçün belə rəsm gətirdi. Rəsmdə çoxlu quzular var idi. İsa qabaqda gedir, qucağında bir quzu daşıyırdı.
Terri: "O onu haraya aparır?"
Pastor: "Evinə."
Terri: "Evi haradadır?"
Pastor: "İsanın yaşadığı yerdə. Göz yaşı və ağrı olmayan yerdə."
Terri: "Ağrı olmayan yer? Hər kəs oraya gedir?"
Pastor: "Yaxşı Çobana məxsus olan hər kəs."
Terri: "Mən də Ona məxsus olmaq və oraya getmək istəyirəm."
Terri rəsmi əlində saxlayıb dua etdi. Sonra yuxuya getdi.
Amma gecənin yarısında evdə çoxlu ayaq səsləri eşidildi. Nə baş verdi?
Bunu mən sizə növbəti verilişdə danışacağam.
Rollar: Aparıcı, Filip, Rut, ana, Terri, pastor, Marqarit xala
© Müəlliflik hüququ: CEF Germany