STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 064 (On the run)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

64. Qaçqınlıq


Mən çox şadam ki, siz bizim verilişimizi dinləyirsiniz, uşaqlar! Milad bayramınız yaxşı keçdimi?

Bütün dünyada bir çox insanlar Milad bayramını qeyd edirlər; onlar əbədi Padşah İsanın doğulduğuna sevinirlər.

Lakin o vaxt, təqribən 2000 il bundan əvvəl buna heç sevinməyən bir adam var idi. Bu adam padşah Hirod idi. O, taxtını itirməkdən qorxurdu. Buna görə də Şərqdən gəlmiş müdrik adamlardan körpə İsanın olduğu yeri öyrənib İsanı öldürmək istəyirdi.

Ancaq müdrik adamlar Yerusəlimə qayıtmadılar. Çünki Allah onlara yuxuda başqa bir şey etməyi əmr etdi.

Allah dedi: "Padşah Hirodun yanına getməyin. Başqa bir yolla ölkənizə qayıdın."

Onlar da belə etdilər. İsanı şəxsən tanıyan hər kəs sevinə-sevinə Ona itaət edir. O adamlar başqa yolla ölkələrinə qayıtdılar. Bununla belə, təhlükə sovuşmadı.

Və Allah Yusifə yuxuda danışıb nə edəcəyini bildirdi.

Allah dedi: "Dur! Uşağını və arvadını götür və Misirə qaç. Mən sənə geri qayıtmağı əmr edənə kimi orada qal. Hirod Körpəni öldürmək üçün əlindən gələni edəcək."

Allahı sevən Yusif dərhal əmrinə tabe oldu.

Bəs siz, uşaqlar, Allah sizə bir şey deyən kimi əmrini yerinə yetirirsinizmi?

Yusif gecənin qaranlığında durdu, Məryəmlə körpə İsanı götürüb Misirə qaçdı. Bunu lap vaxtında elədi, çünki o adamların qayıtmadığını anlayan Hirod artıq qeyzlənib dəhşətli əmr vermişdi.

Hirod: "İki yaşdan kiçik olan bütün oğlan uşaqlarını öldürün! Bu əmrim Bet-Lexemdə və ətraflarında dərhal icra edilsin!"

Hirod dəlimi olmuşdu? Bu əmri ilə o, çox adamı bədbəxt elədi.

Bununla belə o, körpə İsanı tapmağa və Ona zərər verməyə qadir deyil idi.

İsa təxminən üç yaşında olanda mənfur padşah Hirod öldü. Allahın mələyi bunu Yusifə yuxuda bildirdi.

Allah dedi: "Dur! Uşaqla anasını götür və İsrailə qayıt. Uşağı öldürmək istəyənlər ölmüşlər." Allahın bir sözünü iki etməyən, Kəlamına iman və itaət edən Yusif Məryəm və körpə İsa ilə birlikdə vətəninə qayıtdı.

Beləliklə, Allahın qabaqcadan xəbər verdiyi kimi, Rəbb İsa İsrailin kiçik Nazaret şəhərində böyüyüb boya-başa çatmışdır.


Rollar: Aparıcı, Allahın səsi, Hirod

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:54 AM | powered by PmWiki (pmwiki-2.2.109)