STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 061 (A new star 1)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

61. Yeni bir Ulduz 1


Göydə saysız-hesabsız ulduzlar sayrışırdı. Babilli adamlar teleskopdan işıqlı gecə səmasını seyr edirdilər.

1-ci müdrik adam: "Buna bax, yeni bir ulduz çıxıb! O orada heç vaxt olmamışdı."

2-ci müdrik adam: "Sən düz deyirsən. Birdən yeni bir ulduz çıxıb. Bu nə deməkdir, görəsən?"

Astronomiyadan çox bilikli olan bu münəccimlər göydə gördükləri yeni ulduzla bağlı sualın cavabını tapmaq üçün qədim tumarları və daş kitabələri araşdırdılar.

1-ci müdrik adam: "Bax, sualımıza cavab burada yazılıb: bu ulduz göstərir ki, yəhudilərin padşahı doğulub."

2-ci müdrik adam: "Özü də O, misli olmayan padşahdır! Gərək, Onu axtarıb tapaq və Ona səcdə edək. Qoy O bizim də Padşahımız olsun!"

Əbədi Padşah İsa doğuldu.

Allah bu müjdəni ilk əvvəl çobanlara, sonra da Babildəki münəccimlərə verdi.

Tezliklə münəccimlər yol çantalarını yığdılar, hədiyyələri hazırladılar və dəvələrə yükləyib yola çıxdılar. 1000 kilometrdən çox yol getdilər. Səyahətləri bir neçə ay çəkdi. İsa onlar üçün son dərəcə önəmli idi. Onlar İsaya səcdə etmək və Onu Rəbb olaraq qəbul etdiklərini hamıya bildirmək istəyirdilər.

Uşaqlar, bəs siz bu Milad bayramında İsaya səcdə etmək istəyirsinizmi? Onu Rəbb və Xilaskar olaraq qəbul etmək istəyirsiniznmi?

Nəhayət, münəccimlər yorğun halda Yerusəlim şəhərinə çatdılar.

1-ci müdrik adam: "Yeni doğulmuş padşah haradadır? Biz Onun ulduzunu gördük və Ona səcdə etməyə gəldik."

Lakin heç kəs onlara cavab vermirdi. Hamı onlara təəccüblə baxıb onlardan uzaqlaşırdı. Padşah Hirod münəccimlərin sözlərindən sarsıldı. Hamının qorxduğu bu rəhmsiz padşah taxtını itirməkdən qorxurdu. O dərhal bütün ilahiyyatçılarını öz yanına çağırdı.

Hirod: "Yəhudilərin padşahının harada doğulacağını bilirsinizmi?"

İlahiyyatçı: "Əlbəttə, bilirik. Allahın Kəlamını araşdırmışıq. Padşahın Bet-Lexemdən doğulacağı yazılmışdır."

Bu sözlər padşahı bərk həyəcanlandırdı. O, həyəcanını güclə saxlayırdı. Babildən gəlmiş adamlardan gizlicə soruşdu:

Hirod: "Bəs o ulduz nə vaxt göydə göründü? Siz onu nə vaxt ilk dəfə gördünüz?"

Heç nədən şübhələnməyən münəccimlər ona dəqiq cavab verdilər. Beləcə o, istədiyi məlumatı əldə etdi.

Hirod: "Siz Bet-Lexemə gedin, Körpəni axtarın. Tapandan sonra mənim yanıma gəlin, çünki mən də gedib Ona səcdə etmək istəyirəm."

Doğrudanmı, Hirod Ona səcdə etmək istəyirdi? Yox. O yalançı idi. O, yeni Padşahı öldürmək istəyirdi, çünki özündən başqa bir padşahın yaşamasını istəmirdi. Müdrik adamlar isə Bet-Lexemə yola düşdülər. Hekayənin ardı növbəti verilişdə olacaq.


Rollar: Aparıcı, iki müdrik adam, Hirod, ilahiyyatçı

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)