STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 037 (Jumping with joy at 15.00 o’clock)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

37. Saat 15:00-də sevincindən hoppanan adam


Kişi: “Ola bilməz! Gözlərimə inana bilmirəm!”

Qadın: “Bax, doğrudan da, o, yeriyə bilir!”

Kişi: “Bəlkə bu, o adam deyildir, sadəcə olaraq ona oxşayır.”

Qadın: “Mən yüz faiz əminəm ki, odur. O 40 il şikəst idi, indi isə yeriyir.”

Kişi: “Bu əsl möcüzədir! Mən buna bənzər bir şey ömrümdə görməmişəm.”

Qadın: “Gör, necə sevinir. Nə qədər xoşbəxt adamdır ki, sevincindən hoppanır.”

Doğrudan da, şikəst adam yeriyir, hoppanır, Allaha həmd edirdi. İnsanlar onu və Peteri heyrətlə seyr edirdilər.

Peter: “Niyə bizə elə heyrətlə baxırsınız, elə bil, bu şikəst adama biz şəfa vermişik? Ona İsa şəfa verib! İsanın adına iman möcüzələr yaradır.”

O gün adi bir gün kimi başlamışdı. Günorta vaxtı Peterlə Yəhya adəti üzrə məbədə getdilər. Hər gün məbəddə saat 3:00-də dua etmək onların adəti idi. Bəs sən nə vaxt dua edirsən?

Məbədin qapısında dayandılar. Şikəst dilənçinin əlini uzadıb onlardan diləndiyini gördülər:

Şikəst adam: “Nə olar, yan keçməyin! Mənə rəhminiz gəlsin! Mənə pul verin.”

Peterlə Yəhya dilənçiyə baxdılar və Peter dedi:

Peter: “Gümüşüm və ya qızılım yoxdur. Mən varlı adam deyiləm. Ancaq nəyim varsa, sənə onu verirəm: Rəbb İsa Məsihin adı ilə qalx, gəz.”

Sonra Peter onu əlindən tutub qaldırdı. Möcüzə baş verdi. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. Atılaraq ayağa qalxdı və yeriməyə başladı.

Şikəst adamın özü də inana bilmirdi ki, yenə sağlam olub! Yeriyir, hoppanır, Allaha şükür edirdi. Sevincinin həddi-hüdudu yox idi. O, Allaha həmd edirdi və onu görənlər də ona qoşulurdular.

İsa sənin həyatında möcüzələr yaratmaq istəyir. Sən Ona güvən!


Rollar: Aparıcı, kişi, qadın, Peter, şikəst adam

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:46 PM | powered by PmWiki (pmwiki-2.3.3)