Home -- Azeri -- Perform a PLAY -- 036 (Identifying love)
36. Məhəbbət nədir
Ay uşaqlar, alma ağacını necə tanımaq olar?
Uşaq: “Alma ağacında alma bitir.”
Bəs albalı ağacını necə tanımaq olar?
Uşaq: “Albalı ağacında albalı bitir.”
Yaxşı, qoz ağacını necə tanımaq olar?
Uşaq: “Qoz ağacında qoz bitir.”
Ağac meyvəsindən tanınır. Yaxşı ağacda yaxşı meyvə bitir; pis ağacda isə pis meyvə bitir.
Bəs məsihçini necə tanımaq olar?
İsaya məxsus olan insanları çox önəmli bir xasiyyətlə tanımaq olar. İki dost, erkən məsihçilərdə bu xasiyyəti görüb.
1-ci dost: “Fikir vermisənmi, Rut əvvəlki kimi davakar deyil? Əvvəllər o həmişə qonşusundan şikayət edir, onu pisləyirdi, indi isə əksinə, ona kömək edir, hətta onun üçün quyudan su gətirir. Mən kiminsə başqalarına bu qədər məhəbbət göstərdiyini görməmişəm.”
2-ci dost: “O həmişə qaşqabaq tökən Dimitri də birdən mehriban olub. Artıq söyüş söymür. İki-üç həftədir, dəyişilib.”
1-ci dost: “Sözsüz, onlar İsaya iman gətirdikləri üçün belə dəyişiliblər. Onların məhəbbətlərindən məsihçi olduqları bəllidir.”
2-ci dost: “Hər gün dua edirlər. Mən məəttəl qalmışam, həmişə dua etməyə vaxt tapırlar və çox xoşbəxt görünürlər. Dünyada onlar kimi yaxşı dost yoxdur.”
1-ci dost: “Sən təsəvvürünə gətir, Yusif hətta bircə torpaq sahəsini satıb pulun hamısını cəmiyyətlərinin rəhbərinə verib. Rəhbər də kasıblara paylayıb.”
2-ci dost: “Bunlar dəli olublarmı?”
1-ci dost: “Onlardan bəziləri evlərini də satıb və mülklərini kasıblara paylayıblar.”
2-ci dost: “Gör, onlar necə birlikdə olurlar. Xəsis olmaqdansa, hər şeyi bölüşürlər.”
Onlar dəyişildilər. Bir-birini sevdilər. İnsanlar buna məəttəl qaldılar.
Məsihçilər Allahın Müqəddəs Kitabda öyrətdiklərinə uyğun həyat sürürlər.
(bir mahnının melodiyası fonunda)
Müqəddəs Ruh həyatımızda yalnız yaxşı bəhrə gətirir: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bəs sənin həyatında bu cür bəhrələr varmı?
İsaya olan iman səni dəyişdirir. Bir adamın ürəyi dəyişəndə, hər kəs bunun əlamətlərini görə bilir. Bəs insanlar səndə bu xasiyyətləri görə bilirlər?
Rollar: Aparıcı, uşaq, iki dost
© Müəlliflik hüququ: CEF Germany